Neymanın tapşırığı


Məşhur amerikalı riyaziyyatçı Con fon Neymanın (1903-1957) kolleqalarından biri ona bir qədər çətin sual ilə müraciət edir. Aralarında 100 km məsafə olan A və B məntəqələrindən eyni vaxtda iki qatar saatda 50km/saat sürətlə üz-üzə olmaqla hərəkətə başlayır.
 
Qatar hərəkətə gələn zaman A məntəqəsindən hərəkətə keçən qatarın ön hissəsinə qonmuş bir arı səsdən qorxaraq dəmir yolu xətti boyu irəli 90 km/saat sürətlə uçmağa başlayır. Arı B məntəqəsindən gələn qatara toxunaraq cəld dönür və həmin sürətlə geri uçmağa başlayır. Arı qatarlar toqquşana qədər bu şəkildə davam edir. Arı neçə kilometr yol qət etmişdir?
Davamı →

Kompüterin arxitekturası və ümumi prinsipləri. Con Fon Neyman prisipləri.

Kompüter — informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün   nəzərdə  tutulmuş  universal  hesablama maşınıdır.  Başqa sözlə kompyuter, informasiyani emal etmək üçün nəzərdə tutulmuş maşındır.

İnformatikanın əsas tərkib hissəsi olan kompüter texnikası kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur.

İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.


Ardı →