Özünüzlə tez-tez danışırsınız?

Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz.
Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur. Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır. Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar.
Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yorana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də


Davamı →

Axilles sindromu

İnsanlıq var olduğu gündən yaşanmış hər bir hadisə şəxsi təcrübəyə hoparaq gələcək nəsillərə ötürülüb. Bəlkə də tarixdəki izlərin əbədiləşdirilməsi ilə insan bu dünyadakı faniliyini, əskikliyini, dolduracağını düşünüb. Bəlkə də bununla gələcək nəsillərə açıq və ya gizli mesajlar çatdırmağa çalışıb. İnsanların tarixi hekayələşdirməsi onların psixologiyasının bir əsəridir. İnsan psixologiyası baş verən hər bir hadisəni şəxsi prespektivi ilə tarixləşdirməyə, belə deyək şərh etməyə çalışır. Bütün nüanslar bu andan etibarən (şərh edilən hekayə əsasında) formalaşmağa və insanın həyat yolunda ona yoldaşlıq etməyə başlayır.


Davamı →

Xoşbəxt istisna

20-ci əsrin son rübündə Milan Kunderanın qələmindən çıxan dahiyanə romanlardan sonra mühacirətlə bağlı axı yeni nə yazıla bilər, deyə hərdən sadəlövhcəsinə düşünür insan. Amma fakt budur ki, hazırda mühacirət ədəbiyyatı ən populyar dövrünü yaşayır. Yazılan saysız-hesabsız romanlar, memuarlar, hekayələr, ssenarilər bizə mühacirətin nə qədər ağrılı olduğunu təlqin etməyə çalışır. Bəzən əslində, heç bunlara da ehtiyac qalmır, qarşına elə bir xəbər çıxır ki, səni bir romandan da çox mütəəssir edə bilir.

Davamı →

Portretlər

«Düşünülürəm, deməli, varam”
(Baaderli Frans, XIX əsr)
İndi dərs demədiyim universitetlərin birində, semestrin başlanğıcından bu yana neçə aydır ki, mənə qulaq asmayan tələbə qızlardan biri, bir gün mən sinfə girib, dərsə başlar-başlamaz, bəlkə də ilk dəfə üzümə baxıb, həyəcanla soruşdu (onun sual formasını və intonasiyasını olduğu kimi çatdırmaq istəyirəm): „Müəllim, sizi televizorda göstəriblər?!”

Davamı →

Bənövşə - bəndə düşə

Bənövşə — bəndə düşə,
Sizdən bizə kim düşə?...

Bu uşaq oyununu uşaqkən hər kəs oynamasa da oyunda deyilən ilk bəndi əminəm ki, hər kəs ən az bir dəfə eşidib və bilir. Uşaqkən bu oyunun mahiyyətinə varmaq ağlımdan da keçməyib. Sadə uşaq oyunu kimi qəbul edib, 2 hissəyə ayrılmış dəstələrin bir-birinin əllərindən tutub səf quraraq üzbəüz dayandığı insan zəncirindən bir uşağın adı çəkildikdən sonra ayrılıb, sürətlə qaçaraq o biri dəstənin zəncir kimi birləşən əllərini qırmağa çalışdığı güc oyunu kimi anlamışam həmişə.
Bəlkə də düşünəcəksiniz ki, elə belədir də. Başqa nə məna axtarırsan ki, adi uşaq oyununda?
Mən də sizin kimi düşünürdüm. Ta ki, dünən təsadüfən «Azərbaycanfilm»in istehsalı olan "Xoşbəxtlik qayğıları«nın finalının bu uşaq oyunuyla sonlandığına baxana qədər. Sən demə, adi bildiyimiz bu uşaq oyunu bizə çox şey anladırmış.

Aranızda bu filmə baxanlar varsa, bilər. Baxmayanlara isə tövsiyə edərdim baxsınlar. Həmişə Hollivud filmlərini reklam edib interpretasiya etməyəcəyik ki. Bizim də baxılası maraqlı, mənalı filmlərimiz var. Elə bu film kimi.


Davamı →

Mən seçilməm, seçərim!

Həyatımızın müxtəlif anlarında qısa da olsa yalqız qalmağa ehtiyac duyarıq. Bu,
tənhalığa çəkilib öz varlığımızı, keçmişimizi, yanlışlıqlarımızı sorğulamaq, özümüzü daha dərindən tanımaq, özümüzlə baş-başa qalmaqdan yaranan bir ehtiyac olsa da, insan bütün həyatı boyu tənha yaşaya bilməz.
Duyğularımızı, əmllərimizi paylaşmaq üçün həmişə anlayışlı və duyarlı həmsöhbətə, dosta, sevgiliyə, həyat yoldaşına, həmkara və s. ehtiyacımız var.

Bilirsiniz ki, həyatda seçə bilmədiyimiz yaxınlarımızla (ata, ana, bacı, qardaş və s.) yanaşı, seçdiyimiz yaxınlarımız da var. Mənə maraqlı olan budur:
Siz seçdiyiniz, həyatınıza salacaq, birlikdə və bərabər addımlamaq istədiyiniz, ömür paylaşacaq insanları tanımaq üçün nə edirsiniz? Hər hansı bir üsul, sınaqdan çıxarmaq üçün vasitə və ya metod tətbiq edib, inisiativ addım atırsınızmı? Yoxsa hər şeyi öz axarına buraxıb, gələcəyinizi qismətin, talenin hökmünə buraxırsız? Ümumiyyətlə, seçici insansınızmı?

İstərdim ki, istifadəçilər bu haqda öz həyat təcrübələrindən (əgər varsa), başlarına gəlmiş və gələcək bu tip məslələrlə bağlı qarşılaşanda nə edəcəklərini, hansı zəruri addımlar atacağına dair fikir və düşüncələrini şərhlərdə qeyd etsinlər.

P.S Kayzen-forum çoxdan yaranan bir bloq olsa da, təəssüf ki, ilk nəşr olunan yazı budur.
Arada diskussiya aparmaq da yaxşıdır. :)
Davamı →

Özümüzdən başlamasaq...

Əbdürrəhim bəy Haqverdiyevin «Mirzə Səfər» hekayəsini oxumayan bəlkə də çox adam olar, amma yazıçının «Mirzə Səfər», «Papaq» və «Bomba» hekayələrinin motivləri əsasında Cahangir Mehdiyevin quruluş verdiyi «Evlənmək istəyirəm» filminə yəqin ki, çoxları baxıb və bu dialoqu az qala əzbər bilirik:

«Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, кatibdən öz кağızından dоlayı məlumat istəyir, кatib cavab verir кi, кağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:

Davamı →

Sözləri: Zivər Ağayevanındır.

Şeirmi mahnıya gözəllik qatır, onu uzunömürlü edir, mahnımı şeiri? Bu suala cavab müxtəlif ola bilər. Bəzən zəif görünən, oxuduqda səni cəlb etməyən şeirə elə gözəl, beyinə ilişib qalan musiqi bəstələnər ki, yaddaşlardan silinməz. Bəzənsə, dinlədiyin  mahnının sənin ürəyində yer etdiyinə musiqisindən çox onun sözlərinin səbəb olduğunu dərk edərik.

Haqqında danışmaq istədiyim insanın sözlərinə yazılmış mahnılar 2-ciyə aid olanlardandı. Duyğulu, hər anımızın əhvalına xitab edən mahnıların sözləriylə ruhumuzu qidalandıran o müəllifləri tanımamağımız həmən şair və şairələrə ən azından haqsızlıqdı.
Davamı →

Mənəviyyatsız qadın, yoxsa ləyaqətsiz kişi?

Bizim cəmiyyətimizin uğur göstərə bilməməsinin səbəbi, qadınlarımıza qarşı göstərdiyimiz laqeydlik və qüsurlardan doğur. Atatürk

Bu günlərdə hansı sosial şəbəkəni açıramsa gözümə dəyən əsas yazıların qayəsində qadın-kişi münasibətli yazılar görürəm. Sanki biri digərinə qadının kişidən və yaxud kişinin qadından daha ağıllı olduğunu sübut etmək istəyir. Bu mövzuda yazmaq rahatdırmı? Yoxsa heç bir dəlil-sübuta, fakta əsaslanmadığı üçün, şəxsi fikrin, subyektiv düşüncənin məhsulu olduğundan az müzakirə olunacağı qənaətindənmi bu tip yazılar çoxalıb, bilmirəm. Bir onu bilirəm ki, bəzi qondarma «qələmşünaslara», adının qarşısında «yazıçı» sözünü oxuduqda aldığı həzzdən stuluna yayxanan bu tiplərə qadını aşağılamaqla ağıllarına gələni yazmaq çox rahatdır.
Davamı →

Şərab kimi qadınlar

Bu yaxınlarda facebookda dostlardan birinin paylaşdığı şəkillər və bu şəkillər ətrafındakı müzakirəmiz məni çox düşündürdü. Şəkilləri bəlkə də çoxu bəyənməyəcək, nə bilim bizim mentalitetə uyğun «nənələr» deyil deyəcəksiz, ya da üzlərində boya çoxdu və s.

Çox təəssüf ki, məndə də bu mühakimə var. Ta uşaqlığımdan bəri fikirlərimə hopturulmuş nənə, bacı, bibi, xala, ana obrazı var. Hər birinin də mütləq şəkildə, hər kəsə bəlli cavab verməli olduğu tələblər var. 

Maraqlı olan odu ki, gündəlik həyatda, ən çox da ictimai nəqliyyatda rastlaşdığım xalalar, nənələrin əksəriyyəti həddən artıq kök, lap belə çirkin şəkildə deyim tərli, bığlı olması heç kimdə təəccüb doğurmur, çox normal hal kimi qəbul edilir, amma hansısa yaşlı nənənin bəzəkli-düzəkli, baxımlı olması qəbul edilmir. O saat ətrafdakıların üzündə əyilmə halları müşhidə edilir.
Ardı →