Beynəlxalq Inkişaf Assosiasiyası

50-ci illərdə dünya ictimaiyyətinin keçmiş yüzilliyi aydın göstərdi ki, ən kasıb inkişaf etməkdə olan ölkələr inkişaf üçün lazım olan borc maliyyəsini Ümumdünya Bankının, qrup dövlətlərin şərtləri əsasında almaq imkanına malik dey¬illər. Bu zaman bankın üzvləri kasıb ölkələrə uzun müddətə güzəştli əsaslarla vəsait verə bilən agentliklərin yaradılmasını təklif etdilər. Yeni institutu  Beynəlxalq  Inkişaf   Cəmiyyəti – BIC   (International Development Association — IDA) adlan¬dır¬maq qərara alındı. Lakin təsisçilər BIC-nin iş prinsiplərini qəti olaraq Ümumdünya Bankının qaydala¬rında aparılmasını istəyirdilər. Bu mühakimədən çıxış edən ABŞ prezidenti Duayt Ezenhauer qalan iştirakçıların tərəf¬dar olduğu BIC-nin Ümum¬dünya Bankının tərkibinə daxil olmasının vacibliyini təklif etdi.
Davamı →

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı

Beynəlxalq Valyuta Fondu(BVF). II dünya müharibəsindən dərhal sonra ABŞ və İngiltərə dövlətlərinin başçılığı ilə 1944-cü il 1-22 iyul tarixləri arasında ABŞ vilayətinin Bretton Vuds qəsəbəsində Birləşmiş millətlər təşkilatının pul və maliyyə konfransı keçirildi. Konfransda 55 ölkənin nümayəndəsi iştirak etmiş, müharibədən sonra beynəlxalq iqtisadi münasibətlərin yenidən tənzimlənməsi, yeni bir ödəmələr  sisteminin əsasları  və ticarətin sərbəst bir şəkildə inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın saxlanması kimi mövzularda önəmli qərarlar verilmişdir. Konfransda Beynəlxalq Valyuta Fondunun qurulması haqqında qərar qəbul edilmişdir.

Ardı →

Dünya iqtisadiyyatında beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri

Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:


  • Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;

  • İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;

  • İqtisadi birləşmə,sərbəst ticarət və iş birliyi münasibətlərini  inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.

Ardı →