Dünya okeanından istifadə

Yer kürəsinin quru hissəsində əlverişli təbii şəraitə malik ərazilər insanlar tərəfindən mənimsənilmişdir. İnsanlar bu ərazilərdəki təbii sərvətlərdən yüz illərdir ki, istifadə edir. Hazırda onların çoxu tükənmiş və ya tükənmək dərəcəsinə çatmışdır. Lakin Yer kürəsinin əhalisi artmaqda davam edir, sərvətlər isə daha çox azalır.

Quruda təbii ehtiyatların azalması insanların Dünya okeanının resurslarından istifadəyə daha çox diqqət yetirməsi ilə nəticələnmişdir. Sərvətlərin aşkar edilməsi və istifadə olunması üçün okeanların xüsusiyyətləri öyrənilməlidir. Onların əldə edilməsi üçün uyğun texnologiya və texniki avadanlığın yaradılması xeyli vəsait tələb edir. Lakin Dünya okeanı müxtəlif təbii ehtiyatlarla zəngindir və onlar quruda tükənməkdə olan təbii sərvətləri əvəz edə bilər.


Davamı →

Dünya okeanı

Bir-biri ilə əlaqədə olan bütün okean və dənizlər birlikdə dünya okeanını təşkil edirö bu ad məşhur rus okeanoloqu Yuli Mixayloviç Sokalovski tərəfindən ilk dəfə verilmişdir. Şərti olaraq dünya okeanı dörd hissəyə ayrılır: Sakit, yaxud Böyük, Atlantik, Hind və Şimal Buzlu okeanları, 361 mln km2 sahəyə malik olan dünya okeanı materiklərin sahilləri və onların ucqar nöqtələrindən keçən meridianlarla ayrılır. Bu meridianlar Cənubi Amerikada Horn, Afrikada Iynə və Tasmaniya adasında Cənub burnundan keçir.
Dünya okeanının dib relyefi çox mürəkkəb xarakter daşıyır. Qurunun relyefini xatırlatsa da onun öyrənilməsi görünmədiyindən çox çətindir. Buna baxmayaraq öyrənilmə baxımından dünya okeanı şərti olaraq bir neçə iri relyef formalarına ayrılır.
Davamı →

Hind okeanı

Sahəsi 75 mln. km2dir. Ekvator onu əsasən şimaldan kəsib keçdiyindən, okeanın əsas hissəsi cənub yarım kürəsində yerləşir. O, şimaldan Avrasiya, cənubdan Antarktida, qərbdən Afrika, şərqdən isə Avstraliya ilə həmsərhəddir. O, həmçinin qərbdən Atlantik, şərqdən isə Malakka və Zond boğazları vasitəsi ilə Sakit okeanla həmsərhəddir. Hind okeanı yalnız Şimal Buzlu okeanı ilə birbaşa əlaqəyə malik deyil.
Hind okeanının beş dənizi var: Qırmızı, Timor, Arafur, Andaman, Ərəbistan.
Ən iri körfəzləri: Benqal, Iran, Böyük Avstraliya, Ədən.
Ən iri yarımadaları: Ərəbistan, Hindistan, Somali.
Ən iri adaları: Madakaskar, Şri-Lanka, Seyşel və s.
Cərəyanları: Somali, Qərb küləkləri (soyuq), Cənubi Passat, Musson, Mozambik, Iynə burnu (isti).
Davamı →

Atlantik okeanı

Sahəsi 93 mln. km2 olub, 4 yarım kürədə yerləşir. O, qərbdən Amerika, şərqdən Avropa və Afrika, cənubdan Antarktida ilə əhatələnib. Ən enli yeri mülayim enliklərdədir, ekvatora yaxınlaşdıqca daralır.
Dənizləri: Azov, Qara, Egey, Adriatik, Ion, Tirren, Aralıq, Baltik, Şimal,Mərmərə, Karib, Sarqass və Uedella.
Atlantik okeanının adı qədim yunan əfsanəsinə görə bu okeanın mərkəzində olmuş və sonradan batmış Atlanta materikinin adı ilə bağlıdır. Bu okeanın öyrənilməsində — Kolumb, Magellan, C. Kuk və s. səyyahların, «Çelencers» və «Vityaz» gəmilərinin böyük rolu olub. Böyük coğrafi kəşflər dövründən bu günə qədər Atlantik okeanı dünyanın əsas su yoluna çevrilib. O, bütün okeanlarla sərbəst əlaqəyə malikdir. O, Panama kanalı, Magellan və Dreyk boğazları ilə Sakit okean ilə əlaqəlidir.
Davamı →

Şimal Buzlu okeanı

Şimal Buzlu okeanı ən kiçik okean olub, sahəsi 14 mln. km2-dir. Okeanın mərkəzində Şimal qütbü yerləşdiyindən o, bütün coğrafi uzunluqları (meridianları özündə birləşdirir.
Bu okean — Arktikanın (Şimal deməkdir) mərkəzində yerləşib. Arktikanın sahəsi 27 mln. km2 olub. buraya okeandan başqa Avrasiya və Şimali Amerikanın şimal hissələri də daxildir.
Cərəyanları: Şimali Atlantika, Transarktik
Boğazları: Berinq, Danimarka və s.
Yarımadaları: Kola,. Yamal,. Taymır. Çukot
Adaları: Novaya Zemlya, Severnaya Zemlya, Qrelandiya, Vrangel, Novosibirsk, Kanada-Arklika arxipelaqı.
Dənizləri: Baffin, Qrelandiya, Kara, Norveç, Barens, Çukot, Laptevlər, Şərqi Sibir, Bofort-kənar dənizlərdir. Yalnız bir daxili dənizi (Ağ dəniz) var.
Davamı →

Sakit okean

Sakit okean dünyanın ən böyük və ən qədim okeanı olub, dünyanın 1/3-ni, dünya okeanının ½ hissəsini əhatə edir. Sahəsi 178 mln. km2 olub, 5 materik ilə ( Afrikadan başqa) həmsərhəddir. Sakit okean dünyada yeganə ərazidir ki, o, yalnız bir okean tipli tavadan təşkil olunub. Ekvatorial və tropik qurşaqlarda okeanın daha geniş sahəyə malik olmasından o, dünyanın ən isti okeanıdır. O, Magellan və Dreyk boğazı vasitəsi ilə Atlantik okeanı ilə, Berinq boğazı vasitəsi ilə Şimal Buzlu okeanı ilə, Malakka və Zond boğazları vasitəsilə Hind okeanı ilə əlaqəlidir. Okeanın qərbi — Avrasiya sahilləri, dünyanın Ən girintili-çıxıntılı sahələrindəndir.
Davamı →

Okean suyunun duzluluğu və temperaturu

Okean suyunda bütün kimyəvi elementlər var. Buna səbəb çaylar tərəfindən okeanlara gətirilən mineral maddələrdir. Suda xlorid duzunun miqdarı daha çoxdur. Suya acılıq verən isə maqnezium duzudur. Izoqalinlər xəritədə eyni duzluluğa malik olan məntəqələri birləşdirən, xətlərdir. Suda duzluluq promillə (litrin mində biri ‰) ifadə olunur. Okean suyunda orta duzluluq 35 ‰ -dir. Lakin bu rəqəm alt qatlar üçün səciyyəvidir. Üst qatda duzluluq yağıntıdan, okean cərəyanlarından, çayların gətirdiyi suların miqdarından, coğrafi enlikdən və fəsillərdən asılıdır.
Okean suyu duzlu olduğundan, o çox böyük istilik tutumuna malikdir. Okean suları duzlu olduğundan, o daha aşağı temperaturda (-2°C) donur və 100°C temperaturdan yuxarı bir temperaturda qaynayır.
Duzluluq okean suyunun səffaflığını azaldır. Suda olan müxtəlif birləşmələr suyun rəngini tündləşdirir. Suyun yalnız 200 m-dək qatı şəffafdır.


Ardı →

Okean suyunun hərəkəti

Suyun hərəkətinə səbəb — külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. Suyun hərəkətinin 3 forması var:
I. Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar:
1 .Şəlakət-0 m/san:
2. Zəif (və ya kapillyar) — 1 m/san.;
3. Qravitasiya-2-6 m/san.;
4. Köpüklü -7-8 m/san. Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür.


Ardı →