Məlumat bankı: DNT

DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır. İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər nöqsansız plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur. 

Davamı →

Mutasiya nədir?

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat saxlayan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirir. Əksər hallarda hüceyrənin təmir edə bilmədiyi zərər və dəyişikliklərə səbəb olurlar.

Ona görə, mutasiya heç də düşünüldüyü kimi canlıları daha mükəmməl canlıya çevirən “sehirli çubuq” deyil. Mutasiyaların təsiri tamamilə zərərlidir. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və Çernobıldakı insanların məruz qaldığı dəyişikliklərdir: yəni ölüm və əcaib bədən quruluşu ilə doğulmuş insanlar…

Bunun səbəbi çox sadədir: DNT kompleks nizama malikdir. Bu molekula hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G.Ranqanatan bunu belə açıqlayır: Mutasiyalar kiçik, təsadüfi, zərərli dəyişikliklərdir. Çox nadir meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu dörd xüsusiyyət mutasiyaların təkamül xarakterli irəliləyişə səbəb olmadığını göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələn təsadüfi dəyişiklik ya təsirsiz, ya da zərərli olur. Bir qol saatında meydana gələn təsadüfi dəyişiklik qol saatını təkmilləşdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı ehtimalla təsir etməz. Zəlzələ bir şəhəri təkmilləşdirməz, onu məhv edər.


Davamı →

DNT-nin ilk foto şəkli

DNT-nin cüt zəncirdən ibarət modeli 1953-cü ildə qəbul edilmişdi. Elm adamları Ceyms Vatson və Frensis Krikin təklif etdiyi bu modelin qəbul edilməsindən 59 il sonra həyatın özünü təşkil edən zəncirlərə aid ilk həqiqi fotoşəkil çəkilib.

Məlum olan bütün canlı orqanizmlərin inkişafı və həyat funksiyaları ilə əlaqədar əsas məlumatları ehtiva edən DNT zəncirlərinin ilk dəfə foto şəkli çəkilib. İtaliyanın Maqna Qrasia Universitetində fizika professoru Enzo Di Fabrizio elektron mikroskopu ilə DNT-nin foto şəklini çəkib.

Elm adamları Di Fabrizionun uğurundan əvvəl DNT-nin quruluşunu müxtəlif vasitələrlə müşahidə etmişdi. DNT-nin cüt spiral formasındakı quruluşu ilk dəfə rentgen kristalloqrafiyası adlanan metodla müəyyən edilmişdi. Bu metodda rentgen şüalarının cisimlə toqquşduqdan sonra necə əks olunduğuna baxaraq cismin forması müəyyən edilir.


Ardı →