Daşdan pul çıxaranlar

Daş oymaq, qabartmaq, şəkilləndirmək, heykəltaraşlıq işləri… bunlar sözün həm məcazi, həm həqiqi mənasında daşdan pul çıxaran insanların sənətidir. Heyranedici sənət əsərlərini yaratmaq elə də asan iş deyil. Həm səs-küydən, həm güc tətbiq etməkdən insan sağlığını ortaya qoyan bir sənətdir.



Davamı →

Söz

Söz.
Söz ki var tarixlər yadigarıdır,
Dünyada əbədi qalasıdır söz.
Sevincdir, fərəhdir düşünsən dərin,
Həm də könüllərin naləsidir söz.
********
Söz ilə silinər könüllər pası,
Söz bir həzin nəğmə, ana laylası.
Söz ata-ananın xeyir-duası,
İnsan övladının balasıdı söz.
********
Göylərə ucalan amanlar, ahlar,
Sözün qüdrətinə baş əyib şahlar.
Sözlə əfv edilir suçlar,günahlar,
Qəlblərin aynası, qalasıdı söz.
**********
Daş-qaşa beləcə gəl salma həvəs,
Sözdən qala ucalt, sözdən gey libas.
Dinlə, qafil olma, sözə qulaq as,
Ən müşkül dərdlərin çarəsidi
********
Naşı gülləsi tək dəyməz hədəfə,
Söz bənzər inciyə, dürrə, sədəfə.
Sözü deməmişdən düşün yüz dəfə,
Ağılsız başların bəlasıdır söz.
********
Kainat əbədi, qışı, baharı....
Ağlı olan pozmaz əhdi, ilqarı.
Aydın söz sərrafı, söz kamandarı,
Nədə ki, saralıb solasıdı söz

Bakı, oktyabr 1966

Aydin Abbasov


Davamı →