Yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı - İdi Amin

Dada İdi Amin — 1971-1979-cu illərdə Uqandanın prezidenti olmuş, Afrikada ən totalitar və qəddar rejimlərdən birinin əsasını qoymuşdu. O, XX əsrin ən qorunxc və qəddar siyasətçilərindən hesab edilir. Onu məşhurlaşdıran təkcə öz xalqına qarşı etdiyi vəhşiliklər deyildi. Müxtəlif “oyunlar” və qəribə bəyanatlar İdu Amin siyasətinin ayrılmaz hissəsi idi.

İdi Aminə müraciəti mütləq bu cür etmək lazım idi: “Zati-ailələri, ömürlük prezident, feldmarşal Əl-Həci Doktor İdi Amin, yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı, Britaniya İmperiyasının ümumi olaraq Afrikada, xüsusilədə Uqandada fatehi, “Viktoriya xaçı”, “Hərbi xaç”, “Döyüş fəaliyyətinə görə” ordenlərinin sahibi”. Müraciəti tam şəkildə düzgün edə bilməyən ölümə məhkum idi.

Onun hakimiyyəti dövründə 300-500 min arası insan qətlə yetirilmişdi. Deyilənlərə görə, 2 minə yaxın insanı İdi Amin şəxsən o dünyaya göndərmişdi.

Vətəndaş müharibəsi zamanı İdi Amin özü-özünü general elan edir. O, öz əsgərlərinə “dəyərli” məsləhətlər verirdi, məsələn, əgər acsansa və yeməyə heç bir şey yoxdursa, öz silahdaşını yeyə bilərsən.

2 fevral 1971ci ildə İdi Amin özünü ali baş komandan və prezident elan edir. Bu münasibətlə ziyafət təşkil edən diktator, xarici səfirlərə qarşılayaraq onlara bu gün menyuda  insan ətinin olmayacağını söz vermişdi.


Ardı →