Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyi

Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.

Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.

Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.

Bu hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər.


Ardı →

Deyl Karnegidən 12 məsləhət

Deyl KarnegiYer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb. Belə ki, təhsil haqqını ödəyə bilməyən Deyl anasının məsləhəti ilə diskussiya dərnəyinə daxil olub, nitq mədəniyyətini öyrənir. Və müxtəlif mövzular üzrə çıxışlar edərək pul qazanmağa başlayır. Yaxşı natiq kimi tanınan Deyl təhsilini başa vurduqdan sonra ticarətlə məşğul olmağa başlayır. Bu sahədə işləri pis getməsə də o, natiqlik sənətinin ardınca getmək qərarına gəlir. Və bu məqsədlə Nyu- Yorka yollanır.

Nyu-Yorkda natiqlik sənəti üzrə kurslar aparan Deyl insani münasibətlərlə maraqlanmağa başlayır. 1936-cı ildə işıq üzü görən «Dostu necə qazanmalı və insanlara necə təsir etməli?» adlı kitabı Deylin həyatını büsbütün dəyişir. Bir il ərzində milyon nüsxədən çox satılan bu kitab tezliklə 14 dilə tərcümə olunur. Deyl kitabında insanlarla rəftarın əsas metodlarından, eyni zamanda onları incitmədən, təhqir və təhdid etmədən öz baxışlarına meylləndirmə üsullarından və s. məsələlərdən söhbət açırdı.


Ardı →

27. Yuxusuzluq səbəbindən törənmiş narahatçılıqdan necə azad olmalı

Yuxunuz yetərincə olmadıqda narahat olursunuzmu? Onda sizin üçün həyatı boyu bir dəfə də olsa, rahat yata bilməyən dünya miqyasında ən məşhur hüquqşünas Semyuel Untermeyer barədə bilməyiniz maraqlı olacaqdır.
Sem Untermeyerin kollecə daxil olduğu ərəfədə onu iki nasazlıq narahat edirdi: astma və yuxusuzluq onu üzürdü. Görünür, bu vaxtadək xəstəliklərini müalicə edə bilməmişdi. Ona görə də qərara gəlmişdi ki, bu halından məqsədyönlü istifadə etsin, yəni öz yuxusuzluğundan faydalı istifadə etməyə çalışsın. Bütün gecəni ayıq qalıb yataqda çevrilərək əsəb sarsıntısı keçirməkdənsə, o, qalxaraq məşğul olmağı üstün tutmuşdu. Bəs nəticə?
Nəticədə onun biliyi bütün fənlər üzrə parlamağa başlamış və onu Nyu-Yorkda kollecin işıqlı ulduzlarından biri kimi tanıtmışdı.
Davamı →

Yorğunluq, narahatçılıq və üzüntüyə necə qalib gəlməli?

Yorğunluğun ən böyük səbəbkarı üzüntüdür. Bunu bizim küçədə yaşayan Alisanın nümunəsində görmək mümkündür. Bir dəfə Alisa işdən evə qayıtdıqda tamam üzgün və iztirab çəkmiş görkəmdə idi. Adama elə gəlirdi ki, o, yorğunluqdan ayaq üstə dura bilmir. Alisa, həqiqətən də, çox yorğun idi. Onun başı bərk ağrıyırdı. Onun beli də ağrıyırdı. Onun bircə arzusu vardı; şam yeməyini gözləmədən yıxılıb-yatmaq. Anası ona çox yalvardı… O, axır ki, masa arxasında əyləşdi. Bu zaman telefon səsləndi. Dostu ona zəng etmişdi. Dostu onu rəqsə dəvət edirdi. Alisanın gözləri dərhal parıldamağa başladı. Onun əhvali-ruhiyyəsi bir anda yüksəldi. O, tələsik öz otağına cumdu, gözəl mavi rəngli paltarını geydi və səhər saat üçə qədər rəqs etdi. O, evə qayıdanda heç də əzgin və yorğun görkəmdə deyildi. Sevincindən o qədər şən və həyəcanlı idi ki, yuxuya gedə bilmirdi. Görəsən Alisa səkkiz saat bundan qabaq iztirab çəkmiş görkəmdə və görkəminə münasib davranışda olduğu zaman həqiqətənmi çox yorğun idi? Alisa o vaxt həqiqətən çox əzgin görkəmdə idi, ona görə ki, iş onu möhkəmcə darıxdırmışdı və ya ola bilərdi ki, həyat tərzi onu kəmhövsələ etmişdi. Belə Alisalar milyonlardır. Ola bilsin ki, siz elə onlardan birisiniz.
Davamı →

24. Ev sahibəsi daim cavan görkəmdə qalmaq naminə yorğunluqdan necə yaxa qurtara bilər

Ötən payızda mənim bir əməkdaşım dünyada ən qeyri-adi kursun sessiyasında iştirak etmək üçün Boston şəhərinə yollandı. Tibbi kursmu idi bu? Bir neçə baxımdan bəli. Məşğələlər Boston politexnik institutunun xəstəxanasında aparılırdı. Kursda iştirak edənlər məşğələdən əvvəl müntəzəm və ciddi yoxlanılırdılar. Faktiki baxımdan, isə bu kurslar özü-özlüyündə psixoloji klinikanı xatırladırdı, rəsmiyyətdə isə bu tətbiqi psixologiya adlanırdı. Onların əsl məqsədi narahatçılıqdan xəstələnənlərə kömək etmək idi.Narahatçılıqdan əldən düşənlər üçün olan bu kurslar necə təşkil olunmuşdur? Doktor Cozef X.Prett (yeri gəlmişkən o, Uilyam Oslerin şagirdi olmuşdu) 1930-cu ildə duydu və anladı ki, Boston xəstəxanasını ambulator xəstələri fiziki xəstə deyildirlər. Ancaq faktiki olaraq onlar bu və ya digər xəstəliklərin simptomları üzrə xəstə kimi görünənlər idilər. Onlardan bir qadının qolları, artritdən elə qıc olmuşdu ki, o, qətiyyən bu əllərdən istifadə edə bilmirdi. Bir başqa qadın isə «mədə xərçəngi» ağrıları simptomlarından əzab çəkirdi. Digərləri kürək və baş ağrılarından, xroniki yorğunluq və anlaşılmaz digər ağrı hisslərindən iztirab çəkirdilər. Onlar, həqiqətən bədənlərində mütəmadi olaraq dəhşətli ağrılar və sancılar hiss edirdilər. Ən mükəmməl tibbi müayinələr göstərirdi ki, bu «xəstələrin» hər biri fiziki cəhətdən sağlam idilər. Köhnə «ovxarlı» həkimlər deyərdilər ki, bu halların hamısı pasiyentlərin öz «ruhi» təsəvvürləri ilə bağlıdır.
Davamı →

23. Siz nə üçün yorulursunuz və yorğunluğu necə rəf etmək olar

Bax budur sarsıdıcı və ən mühüm faktor: əqli fəaliyyətiniz öz-özlüyündə sizi yora bilməz. Cəfəng səslənir. Amma bir neçə il bundan qabaq alimlər iş qabiliyyətinin azalmasını (bu, yorğunluğun elmi şərhidir) səbəbini araşdırmağa və insan beyninin ümumiyyətlə neçə müddət öz funksiyasını yerinə yetirə bilməsini öyrənməyə cəhd göstərmişlər. Alimlərin təəccübünə səbəb insan beyninin aktiv vəziyyətində ondan keçən qanda yorğunluq əlamətlərinin tapılmaması olmuşdur. Əgər siz günəmuzd işləyən fəhlənin venasından qan götürsəniz, görərsiniz ki, onun tərkibində böyük miqdar yorğunluq əlamətlərini özündə əks etdirən digər məhsullar vardır. Lakin siz iş gününün sonunda deyək ki, Albert Eynşteynin beynindən bir damla qan götürmüş olsaydınız, onun tərkibində heç bir yorğunluq toksini görməyəcəkdiniz.
Davamı →