“...İx bin nervoso!” kitabından parçalar | Dina Rubina

Dina RubinaÜmumiyyətlə, incəsənətdə kiməsə nəyisə sübut etmək qəliz məsələdir. 
Üstün tutma – incəsənətdə əsl qiymətləndirmə şkalası məhz budur. 
Məncə, bunu “həyatımdakı növbəti hadisə” ideal şəkildə əks etdirir. Belə bir bəstəkar var – Keyc. Onun fortepiano üçün yazlmış bir pyesi var, adı da “İntizar”. Bu, belə ifa olunur: pianoçu səhnəyə çıxır, fortepianonun arxasında əyləşir, amma klavişlərə toxunmur, əlində isə saniyəölçən cihaz olur, o, bu şəkildə düz üç dəqiqə qırx dörd saniyə oturur. Sonra ayağa qalxıb baş əyir və pərdə arxasına keçir. Bax belə bir pyes. Belə bir musiqi. Konservatoriyada oxuduğum gənc vaxtlarımda şəhərimizə bir dəfə məşhur bir pianoçu gəlmişdi, mən də qrup yoldaşım Arseni Plotkinlə konsertə getdim. Konsertin təxminən ortalarında Şopenin noktürnü ilə Hindemitin pyesi arasında Keycin “İntizar”ı elan olunur. Piaoçu səhnəyə çıxıb alətin arxasında oturur… Hələ də oturur… Bir dəqiqə keçir, iki dəqiqə keçir, üçüncü dəqiqədə tamaşaçılar anlayırlar ki, anlaşılmazlıq baş verməyib, pianoçu notları unutmayıb, ağlını da itirməyib, sadəcə, bu, belə bir musiqidir. Həmin Arseni mənim dizimə vurub, vəcdə gəlmiş halda pıçıldayır: “Paşka Yeqorov bu parçanı bundan yaxşı çalırdı ha!”
Ona görə də, incəsənətdə, əsasən də ədəbiyyatda siz “Paşka Yeqorovun” sizdən yaxşı “ifa” etmədiyini heç kəsə sübut edə bilməyəcəksiniz.
Ardı →