KƏŞFİYYAT: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı? (Ardı...)
7.2.a)Əlaməti müəyyənləşdirməkməqsədinəxidmət edən suallar: Bu qrup sualların tipik nümunəsi aşağıdakılardır: «Sən qısqanc deyilsən ki?», «Sən ağıllısan, ya axmaq?», «Sən qorxaqsan, ya cəsur?», «Sən əclafsan, ya mərd?» və s. Təbii ki, bu suallarda olan heç bir pis əlaməti heç vaxt heç kim özünə götürməz və yaxud eyni bir adam vəziyyətdən asılı olaraq gah bu, gah da digər yaxşı əlaməti özünə aid edə bilər, hansı ki, əslində onda onların heç biri olmaz. Digər tərəfdən baxdıqda isə, onları qınamaq da düzgün deyil, çünki heç kəs mütləq, monoton deyil və ayrı-ayrı etalonlarla ölçüldükdə hər kəsdə həm yaxşı, həm də pis cəhət aşkar etmək mümkündür. Hər kəsin həm qorxduğu, həm də arxayın olduğu məqamlar var və hər kəsin vaxtından asılı olaraq, həm nəciblik və həm də əclaflıq etdiyi anlar olub, ələlxüsus da, eyni bir hərəkəti fərqli formalarda yozmaq mümkündürsə. İnsanlar da özlərini, yalnız verilmiş anda özünə sərf edən meyarlarla görür və başqalarının da onu məhz bu bucaqdan görməsinə çalışırlar. Həqiqətdə isə heç kəs göründüyündən ibarət olmur. Bəs, onların görünməyən tərəflərini necə aşkar etməli?
Ardı →