Həyatı gözəlləşdirən ani xoşbəxtliklər deyilmi?

İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.

Acı ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.

Böyük insanlar bu dünyada böyük əzablar çəkməlidir.

Sevdiyimiz adamın hər yalanında həqiqət, sevmədiyimiz insanın hər həqiqətində yalan axtarmağımız necə də qəribədir.

İnsanı ağrıdan xəyalların suya düşməsi yox, yaşanması mümkün olan xoşbəxtlikləri yaşamamaqdır.

Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir.

Həyata yenidən başlasa idim saniyələrin də nəbzini tutardım.
Davamı →

Öz yalnış yolunla get!

DostoyevskiƏn əsası özunə yalan danışma. Özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla gerçəyi bir — birindən ayıra bilmir, özünə və başqalarına olan hörmətini də itirir. Heç bir hörmət sahibi olmadığına görə də sevgi hissini unudur.

Dünyada yaşayan bütün varlıqlar içərisində yalnız insan cəfəngiyat danışa bilir. Bunu edən insan bir gerçəyi göstərir: mən cəfəngiyat danışıram, çünki mən insanam.

İnsan gözünə ancaq pis günlər görünər, yaxşı günlər isə, sanki görünməzdir.

Başqasının doğru yolu ilə getməkdənsə, özünün yalnış yolunla get.

Bəzən, qəfildən elə insanlarla qarşılaşırıq ki, ilk baxışdan, heç bir söz danışmadan belə həmin insan bizi maraqlandırır.

Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir.

İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır.
Ardı →