Dostoyevskinin "İdiot" əsərindən mənalı siatlar | Kitab sözləri

Səbirli ol, zamanla — hər şey keçib-gedər!Sonra ağıllanmaqdansa, indi ağıllı olmaq daha yaxşıdır…

İdiot, Fyodor Dostoyevski
  • “…onun çox geniş qəlbi var; bu qəlb əzab da çəkə bilər, şəfqət də göstərə bilər”.
  • Sanki onun köksündə çırpınan ürək deyil, daş idi, hisləri isə quruyub birdəfəlik məhv olmuşdu..
  • Hər bir adam bir zaman özünün də uşaq olduğunu xatırlasaydı, kifayət edərdi.
  • Siz qızarırsınız; bu, gözəl qəlbə malik insana xas olan cəhətdir.
  • Heç bir anı bir qəpiklə ölçmək olmaz, həm də bəzən beş dəqiqə xəzinədəndə qiymətlidir.


Davamı →

Fyodor Dostoyevskinin kitablarından mənalı sitatlar | Dostoyevski sözləri

 

Hamıdan əvvəl yalnız özünü sev, çünki dünyada hər şey şəxsi mənfəət üzərində qurulmuşdur…

-Cinayət və Cəza, Fyodor Dostoyevski

 


 

“Çarəsizlikdən deyilən sözləri mütləq bağışlamaq gərəkdir. Çarəsiz sözlər qəlbə təsəllidir”…
Karamazov Qardaşları

 

Divarı yıxmağa gücüm çatmırsa özümü öldürməyəcəyəm əlbəttə. Amma, önümdə divar var deyə boyun əyməyi də qəbul edə bilmərəm.
Yeraltından qeydlər

 

«Xatirələrin xoş olanları da, kədərli olanları da insanı hüznləndirər.»
Yoxsul İnsanlar

 

“Her şeyi fazla ciddiye alıyorsunuz, bu yüzden de mutsuz oluyorsunuz.”
İnsancıklar


Davamı →

Kənan Hacı - Ağrı dodaqlanmayan saitlər şəklində... Ötmüş zaman üçün remeyk

Bu faylı açdığım vaxtdan yarım saat keçib, ilk cümləni indi yazdım. Gün ərzində ilk siqaretimi yandırıram, tüstü həmişəkindən fərqli olaraq acı və yandırıcı olur. Can ağrısı adamın ağzından qalın saitlər şəklində çıxır: aaa, ıııı… Belə anlarda ağıla ancaq sait səslər gəlir. Gecənin səssizliyində bu dodaqlanmayan saitlər zəif iniltiyə çevrilir, səsboğucu silah kimi adamı öldürür. Ağrını içində boğursan, yanındakı adamın yuxusunu pozmaq istəmirsən.Elə insanlar var ki, ağrı onların ağzı, burnu, saçı kimi anadangəlmə olur. Bu ağrı onlarla birgə doğulur və onlarla birgə də dünyasını dəyişir.
Dərddi, ağrıdı, kədərdi, ayrılıqdı, bunlar dodaqlanmayan məfhumlardır. İnsan həmişə ağrıyan yerinə tərəf əyilir, ağrı insanın ən zəif nöqtəsidir. Mənim ağrım anadangəlmədir, müalicəsi yoxdu. Anadangəlmə xəstəliklərin müalicəsi olmur.

Davamı →

Bəşərin ölməz dühasi, həqiqi insan aşiqi

“Mən başqa cür düşünmək və yaşamaq istəmirəm, yalnız bu inamla düşünüb-yaşamaq istəyirəm ki, bizim 90 milyon rusun hamısı (ya da o zaman nə qədər çoxalıb-törəyəcəklərsə, onların hamısı) bir vaxt təhsil görmüş, insanlaşmış və xoşbəxt olacaqlar. Mən bilirəm və möhkəm inanıram ki, ümumi maarif bizdə heç kəsə ziyan vura bilməz. Hətta inanıram ki, fikir səltənəti hər hansı başqa bir yerdən daha tez bizdə, bizim Rusiyada qurulacaqdır”.

Davamı →

Fyodor Mixayloviç Dostoyevski - "Ölü evdən qeydlər" romanından

Qartal cinsindən «qara quş» dəxi bir müddət bizim məhbəsin dairəsində yaşadı. Kim isə onu yaralı və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Zavallı uça bilmirdi, sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi. Ətrafdakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını baha bir qiymətə satmaq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yumulduğunu indi də xatırlayıram.

Davamı →

F.M. Dostoyevski yaradıcılığında uşaqlıq mövzusu

Ìstənilən dövrdə yazıçılar uşaqlıq mövzusuna laqeyd qala bilməyiblər. Uşaq dünyası yazıçıları daima həyəcanlandırıb, düşündürüb, yazmağa sövq edib.
XIX əsrin ortalarında uşaq mövzusu rus qəzet və jurnal səhifələrində geniş müzakirə olunurdu. Diskussiyalara tanınmış psixoloqlar, pedaqoqlar və yazıçılar da qatılırdılar. Müzakirələrdə müasirlərinin sosial və əxlaqi nöqsanlarını açmaq üçün cəmiyyətin diqqətini uşaqların saflığına, məsumluğuna çəkməklə göstərməyə çalışıblar.

Davamı →

Ziqmund Freyd | Sənət və sənətçilər haqqında

Böyük rus yazıçısı Fyodor Dostoyevskinin qumar asılılığına tutulmasının avstriyalı Ziqmund Freyd tərəfindən psixoloji analizi
Ölümündən sonra yayımlanan yazıları və yoldaşının yazdığı gündəliklər, Fyodor Dostoyevskinin həyatının bir hissəsini, yəni Paris şəhərində qumar asılılığına düçar olduğu zamanı geniş şəkildə açıqlayır. (Fiilöp-Miller ve Eckstein, 1926).

Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə görə hər kəsin ümumi olaraq qəbul etdiyi kimi qumar pataloji bağlılıq problemidir. Şübhəsiz ki, bu qeyri adi və xoş olmayan davranışlarına görə Dostoyevski özünə məxsus rasionallaşdırmalardan istifadə edirdi.
Davamı →

Vladimir Nabokov Dostoyevski haqqında

Belinski “Qoqola məktub”unda (1847) yazırdı: “…Diqqət etmisinizmi ki, Rusiya xilasını mistisizmdə, asketizmdə, pietizmdə yox, sivilizasiyanın, maarifçiliyin və humanizmin uğurlarında görür. Ona nəsihət (kifayət qədər qulaq asıb!), dualar (kifayət qədər təkrarlayıb!) yox, əsrlərlə palçıq və peyin içində itib-batmış insani ləyaqət hissinin oyanması – kilsə təliminə yox, ağla və ədalətə uyğun qanun və qaydalar, həmçinin onların qəti yerinə yetirilməsi imkanı lazımdır.

Lakin Rusiya insanın insanı satdığı qorxunc bir ölkəyə bənzəyir; amerikan plantatorları kimi, zəncilərin insan olmadığını iddia edərək hiyləgər bəhanələr arxasına da sığına bilməz. Bu ölkə insanların bir-birini adlarla yox, ləqəblərlə çağırdığı (Vanka, Vaska, Steşka, Palaşka), nəinki şəxsiyyət, ləyaqət və mülkiyyət üçün, hətta polis nizamı üçün belə heç bir zəmanətin olmadığı, yalnız müxtəlif xidməti quldurların və oğruların yaratdığı nəhəng korporasiyaların mövcud olduğu dəhşətli bir yeri təmsil edir.
Davamı →