Dostoyevskinin "Bədbəxt adamlar"ı

  • Esse
1840-1841-ci illərdə məzun olmazdan əvvəl Fyodor Mixayloviç Dostoyevskinin həyatı ağır keçməyə başladı. O, gecələr pyes və romanlar oxuyardı. Növbətçi zabit isə onu yatmağa göndərirdi. Gözləri dərsliklərdə qalsa da, fikri uzaqlara — «Hamlet»ə, Puşkin poemalarına, Qoqol gülməcələrinə gedirdi.

Günlərin birində onu imperatorun qardaşı knyaz Mixail Pavloviçin yanına göndərdilər. Fyodor ona raport verməyi unudanda, knyaz hirslənmişdi: «Ele hey belə axmaqları göndərirlər».  1841-ci ildə Dostoyevski proporşik rütbəsinə yüksəldi.


İmtiyazı belə idi ki, zabit siniflərinin dinləyicisi olmaqla bərabər, kənarda müstəqil həyatını qura bilərdi. Fyodor yoldaşları ilə bir ev kirayələdi. Həmin ev dörd otaqdan ibarət idi.
Davamı →

Həyatı gözəlləşdirən ani xoşbəxtliklər deyilmi?

İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.

Acı ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.

Böyük insanlar bu dünyada böyük əzablar çəkməlidir.

Sevdiyimiz adamın hər yalanında həqiqət, sevmədiyimiz insanın hər həqiqətində yalan axtarmağımız necə də qəribədir.

İnsanı ağrıdan xəyalların suya düşməsi yox, yaşanması mümkün olan xoşbəxtlikləri yaşamamaqdır.

Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir.

Həyata yenidən başlasa idim saniyələrin də nəbzini tutardım.
Davamı →

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ


 – Müharibə haqda nə düşünürsüz?
 -Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir.

 – Axı insanlar bir-birini öldürür, burda vacib olan nədir?
– Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedir. Bu, tamam başqa məsələdir. Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var.

 – İnsanlıq müharibəni sevir?
– Bəs necə? Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir.


Ardı →

Qartal | Dostoyevski

Qartal cinsindən «qara quş” dəxi bir müddət bizim məhbəsin dairəsində yaşadı. Kim isə onu yaralı və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Zavallı uça bilmirdi, sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi. Ətrafdakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını baha bir qiymətə satmaq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yumulduğunu indi də xatırlayıram.

İzdiham onu seyr və tamaşadan fərağət edincə qara quş bir ayağı üzərində tullanır, bir qanadı ilə çırpınır, axsaya-axsaya qoşur və dairənin bir bucağına sıxışıb qalırdı. Bu sürətlə qara quş üç ay tamam dairədə qaldı və heç zaman öz bucağını tərk etmədi. Əvvəlləri tez-tez gəlir, ona tamaşa edir və „Şarik” köpəyi dəxi üstünə qısdırdırdılardı. “Şarik” də cəsarətlə atılır, fəqət pək yaxın getməyə qorxurdu. Bu isə məhbusların keyfinə gəliri.

— Vəhşi təslim olmur! – deyirdilər.
Sonra „Şarik” də qartala artıqlaması ilə əziyyət verməyə başlamışdı. Köpəyin qorxusu da artıq götürülmüş, qısqırıldığı zaman zavallı quşun yaralı qanadından yapışırdı. Qardal dimdiyi, caynağı və var qüvvətilə çırpınır, mütəəzzimanə (əziyyətli) bir halda müdafiə olunur, yaralı bir padşah kimi ona tamaşa edənləri acılı bir baxışla süzürdü. Axırı hər kəs yorulur və qara quşu unudurdular.

Məəmafih (bundan sonra) hər gün quşun yanında bir parça təzə ətlə bir qab su görmək olardı. Kim isə qartalı sevir və ona göz yetirirdi. Əvvəlləri o yemək də istəmirdi. Hətta bir neçə gün yemədi də. Nəhayət, yeməyə başladı. Fəqət, hər halda əldə və yaxun insan hüzurunda verilən yeməkləri qəbul etməzdi. Çox kərə oldu ki, mən onu uzaqdan seyr və tədqiq etdim. Özünü yalqız hesab elədiyi zamanlar, bəzən bucağıdan dışarı çıxır və iyirmi qədəm bir məsafə təbilə təkrar yerinə dönür. Yenə mövqeyindən çıxır, təzədən ovdət edirdi ( geriyə dönürdü).
Ardı →

Dostoyevskidən ...

  • Bəzən susarsan. Yenilmiş və zəif sanarlar səni. Unutma, yalnız susan bilər ki, danışsa heç kim tab gətirə bilməz.
     
  • Başqaları üçün özünüzü unudun. O zaman sizi xatırlayacaqlar.
     
  • Sadəcə həyat verən yox, həyat verib ona layiq olan ata adını daşıyar.
     
  • İnsanoğlu çox dərin varlıqdı. Mən tanrı olsaydım bu qədər dərin yaratmazdım.
     
  • Qorxu yalan doğurar.
     
  • Bu dünyada ən çətin şey özünə sadiq qalmaqdır.
     
  • Sevgi hər zaman qarşılığını görər, kin də.
     
  • Bir insanın həyatının ikinci yarısı birinci yarısında qazandığı vərdişləri yerinə yetirməsindən ibarətdir.

Ardı →

"İdiot"dan seçdiklərim


 F.M.Dostoyevskinin ən lirik əsəri sayılan "İdiot" romanını bundan bir neçə ay öncə oxumuşam. Romanı oxuyarkən bəyəndiyim bəzi cümlələri özüm üçün qeyd etmişdim. Bu yazımda isə onlardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm:

• Adam öldürməyə görə insanı öldürmək cinayətin özü ilə müqayisədə çox böyük cəzadır.   

• Hökm ilə adam öldürmək,quldur kimi adam öldürməkdən  qat-qat dəhşətlidir.

• Şəfqət bütün bəşəriyyətin ən əsas ,bəlkə də, yeganə varlıq qanunudur.

• Lakin ən ehtiyatlı adam da, qonşu evindən başına düşən kərpicdən heç vaxt qoruna bilməz.

• Məsələ həyatdadır, yalnız həyatda, — heç də onu kəşf etməkdə deyil, kəşfetmə prosesində, fasiləsiz və daimi kəşfetmə prosesindədir !

Ardı →

İki intihar | Dostoyevski

Yaxınlarda yazıçılarımızdan biriylə (böyük rəssamla) həyatın komizmindən, hadisəni təyin etmənin, onu əsl sözə çevirmənin çətinliyindən danışırdıq. Ona söylədim ki, az qala qırx ildi “Ağıldan bəla”nı oxumuşam və yalnız bu il həmin komediyanın ən parlaq obrazlarından biri olan Molçalinin mahiyyətinə Dostoyevskivarmışam. Və bunu məhz indi söhbət elədiyim yazıçı öz satirik oçerklərindən birində Molçalini izah edərkən anlamışdım. (Nə vaxtsa Molçalin barədə söhbətə qayıdacağam, maraqlı mövzudu.)

— Bilirsiniz, — deyəsən, çoxdandı öz ideyasına dərindən heyran olan həmsöhbətim birdən dilləndi, — bilirsiniz, siz nə yazsanız, nə izah etsəniz də, öz bədii əsərlərinizdə nəyi qeyd etmək istəsəniz də, heç vaxt həqiqətə yaxın olmayacaqsınız. Nə təsvir etsəniz də, hər şey həqiqətdə olandan zəif çıxacaq. Bax, düşünürsünüz ki, əsərinizdə həyatda məlum olanların ən komik hissəsinə çatmısınız, onun ən eybəcər hissəsini tutmusunuz, — amma bu heç də belə deyil! Gerçəklik, anında buna oxşar elə səhifə açacaq ki, onu ömrünüzdə nə ağlınıza gətirə, nə də təxəyyülünüzdə canlandıra bilərdiniz!..

Bunu hələ 46-cı ildən, yazmağa başlayandan, bəlkə də daha əvvəldən bilirdim,- bu fakt dəfələrlə məni heyrətə gətirməklə yanaşı, incəsənətin bu qədər gücsüzlüyünə rəğmən faydalı olub-olmamağı şübhələrində boğub. Həqiqətən, bəlkə də ilk baxışda o qədər də parlaq olmayan həyati faktı izləyin, — və əgər sizin gücünüz çatarsa, gözləriniz varsa, orda Şekspirdə rastlaşmadığınız dərinliklə rastlaşacaqsınız. Amma məsələ də burasıdır ki, kimin gözləri və kim buna qadirdi? Axı yalnız bədii əsər yaratmaq və yazmaq üçün deyil, həm də fakta diqqət yetirmək üçün yeni zamanda rəssam olmalısan.


 


Ardı →

Fyodr Mixayloviç Dostayevski : “Gülməli adamın yuxusu”

Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Onlara hələ də gülməli görünməsəydim, dəli sayılmağım rütbəmin qalxması olardı. Amma daha heç acıqlanmıram, indi onların hamısı mənə əzizdir, üstümə güləndə də niyəsə lap əziz gəlirlər. Onlara baxanda bu qədər kədərlənməsəydim, özüm də gülərdim, əlbətdə, özümə yox — onları sevdiyimdən gülərdim. Kədərimin səbəbi budur ki, mən həqiqəti bilirəm, onlarsa yox. Ooh, həqiqəti tək bilmək adama necə də çətindir! Amma onlar bunu başa düşməz. Yox, başa düşməz.


Ardı →

Turgenev,Tolstoy,Dostoyevski

Rus romantizminin üç nəhəngi rus klassikləriTurgenevdə bir rəssam məharəti var. Onun yaradıcılığının qüdrəti, eyni zamanda, müəyyən qədər birtərəfəliliyi də bundan irəli gəlir. Gözəllikdən zövq almaq onu həyatla çox asanlıqla barışdırır. Turgenev, təbiəti insan ruhundan daha dərin və nüfuzedici nəzərlərlə müşahidə edir. O, Lev Tolstoy və Dostoyevski kimi psixoloq deyil. Amma o, insanın da kiçik bir zərrəsi olduğu bu dünyanı dərindən anlayır! Onun üslubu saf, səlis, yazı dili ahəngdar və musiqilidir! Bu həlim poeziya ilə uzun müddət təmasda olanda adama elə gəlir ki, həyat yalnız onun gözəlliklərindən zövq
almaq üçündür.

Dostoyevski bizə daha yaxın, daha doğmadır. O bizim aramızda — bu qüssəli, soyuq şimal şəhərində yaşayıb. Həyatın keşməkeşlərindən və həllolunmaz müşküllərindən, bizim də çəkdiyimiz əziyyətlərdən, əsrin bəlalarından çəkinməyib. Dostoyevski bizi, Turgenevə xas poetik ülviliklə, yaxud Lev Tolstoy tək ruhani təkəbbürü ilə yox, sadəcə, dost, tay-tuş kimi sevir. O, bütün düşüncələri və sarsıntıları ilə birgə bizimkidir. Bizimlə eyni qabdan su içsə də, lap bəlkə zəhərlənsə də, o, nəhəng və qüdrətlidir. Tolstoy «xəbis» ziyalı mühitinə həddindən artıq nifrət bəsləyir, günahkar insanların zəiflikləri onu iyrəndirir. Dostoyevski isə bəzi hallarda bizə birgə yaşadığımız, sevdiyimiz, doğma və dost saydığımız adamlardan daha yaxın olur. O, ağrını, xəstəliyi bizimlə paylaşır, təkcə xeyirdə yox, şər işdə də yanımızda dayanır. İnsanları da ki, öz zəiflikləri qədər heç nə birləşdirə bilməz. Dostoyevski ən məhrəm düşüncələrimizdən, qəlbimizin ən gizlin istəklərindən xəbərdardır. Dostoyevskini oxuyarkən onun "çoxbilmişliyi", özgənin qəlbinə nüfuzetmə bacarığı adamı hər an təəccübləndirir. Onda elə mübhəm düşüncələrə rast gəlirsən ki, həmin fikirləri nəinki ən yaxın dostuna, heç özün də özünə açıb deməzsən. Ürəyimizdəkiləri «oxuyan» belə bir insan, hər halda, yenə də bizi bağışlayır, «xeyirə üz tutun, Allaha, özünüzə inanın» — deyir. Bu isə gözəllik önündə yaranan heyranlıqdan, yabançı bir ruhaninin moizəsindən daha möhtəşəm və təsirlidir.

Ardı →

Dostoyevski (1821-1881)

Dostoyevski (Достоевский)Dostoevski(Достоевский, Фёдор Михайлович) ədəbi mühitə qədəm qoyanda Krılov, Puşkin, Lermontov kimi «bahadırlar» yenicə əbədən susmuşdular. Bununla da rus ədəbiyyatında lal bir boşluq açılmışdı.
Belə bir zamanda hərbi qulluqdan istefaya çıxan Fyodor Mixayloviç Dostoevskinin «Yazıq adamlar» əsəri rus oxucularının qulağına yazıqların, binəsiblərin ah-nalələrini çatdırdı və bu qulağı ağlaşma səsləri ilə doldurdu; bu acıma və mərhəmət xristian mühitində dərhal əks-səda verdi. Elə bu ilk əsəri də Dostoevskinin bütün gələcək yaradıcılığının epiqrafı ola bildi. Bütün yaradıcılığı boyu belə dərdli və yazıq adamlar onun ədəbi qəhrəmanları oldu. Onların fəlakətli həyatı — həbsxanaya bənzər güzəranı və bu hıçqırıqlar, bu fəryadlar qəlbdən kənar keçilə bilməzdi.
Onda uşaqlıqdan ürəkkeçmə xəstəliyi vardı. Yüksək emosiyalar onu özündən çıxarırdı. Bu ən çoxu acımadan, rəhmdillikdən doğulduğu kimi, gözəlliklər qarşısında ağır heyrət nəticəsində də baş verə bilərdi. Fövqəladə gözəl qadın qarşısında, çoxlarının gözləri önündə bir ziyafətdə o qəşş edərək özündən getmişdi (9, s.386).
Davamı →