Duyğular

Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər  vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal — hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxar­dığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur:


Ardı →

Sadəcə oxuyun

Başımı aşağı saldım, pessimist dediniz.
Dik tutdum, optimist dediniz.
Getmək istədim, qorxaq dediniz.
Getmədim, qaldım. Onda da boş inad dediniz.
Dizlərimi yerə qoyub ağlayanda zəif dediniz.
Göz yaşlarımı qurudub gülməyə başladım, bivec dediniz.
Səssiz qaldım, bütün dediylərinizə susdum, qoyun dediniz.


Ardı →

Ağlamaq

Ağlamaq: Rəhmandan quluna bir hədiyyə, bir rəhmətdir!
Ağlamaq: İçdəki çətinlikləri xaricə atmaqdır,çətinliklərdən təmizlənməkdir!..
Ağlamaq: Bəzən peşmanlığın ifadəsidir. Rəsulun itirdiyi oğuluna hədiyyəsi.

Bəzən Rəbbindən üzr istəməkdir.
Bəzən sevgiliyə naz!
Bəzən gileydir!
Bəzən də aydın ola bilməməkdir.   Sanki ağrının yuyunması, torpağa qarışıb yox olmasıdır.
Bəzən sevincin gözlərə yığılması, ardından göz bəbəyindən süzülən dənələrdir   Ürəkdə sevinc fırtınaları qoparkən, gözlərin qəmliliyidir.

Ağlamaq: Bəzən danışmaq nələrsə söyləmək çətinləşdiyində, süzülən damlalarla bunları tək tək yazmaqdır!   Dəqiq, sadə, riyasız heç bir söz tələffüz etmədən duyğuların ifadəsidir.
Bir möminin gözlərindən süzülən damlalar! Bəlkə də digərlərinin qurtuluşuna səbəbdir. Rəbbindən rəhmət olaraq
Bir ananın balasına həsrətinin ifadəsidir.

Ağlamaq: Bir təsəllidir anaya! Sevgiliyə sığınacaqdır.
Ağlamaq: Məcnundan Leyla' ya qalan xatirədir.
Və Rəsulundan ümmətinə mərhəmətdir.

P.S: Ağlamağı bacarırsız?
Davamı →

Duyğular Adası

Bir zamanlar, bütün duyğuların üzərində yaşadığı bir ada varmış: Xoşbəxtlik, Kədər, Məlumat və bütün digərləri, Eşq daxil.
Bir gün, adanın batmaqda olduğu, duyğulara xəbər verilmiş. Bunun üzərinə hamısı, adanı tərk etmək üçün qayıqlarını hazırlamışlar.
Eşq, adada ən sona qalan duyğu olmuş. Çünki, mümkün olan ən son ana qədər gözləmək istəmiş.
Ada az qala haradasa batdığı zaman, Eşq, yardım istəməyə qərar vermiş.
Ardı →

Duyğular və qavrayışlar

Sensor -perseptiv proseslər
1.         Duyğular haqqında ümumi məlumat.
2.         Duyğuların növləri və onların xarakteristikası.
3.         Duyğuların ümumi qanunauyğunluqları.
4.         Qavrayış haqqında ümumi məlumat.
5.         Qavrayışın xüsusiyyətləri.
6.         Qavrayışın növləri.
Davamı →

Sualım var...

İnsan bir çox duyğuya sahib və çox zaman da bir çox duyğunu bir yerdə yaşaya bilən bir varlıqdır. İnsan duyğularına bir nəzər salacaq olsaq ağlımıza ilk gələnlər hirs, sevinc, acı, xoşbəxtlik, hüzün, sevinc, qısqanclıq, qürur, ehtiras, nifrət kimi ən fundamental duyğular olacaq. İnsan duyğularının bir qismi quruluşçu və müsbət, bir qismi isə dağıdıcı və mənfi duyğulardır.
Sualım belədir..

Yaxşı, bəs  insanın sahib olduğu ən təhlükəli duyğu hansıdır ?
Davamı →