Eldəniz Zeynalov haqda maraqlı faktlar

1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağlı küçəsində hərbiçi Məmmədlə Zeynəbin ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub: “Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun”.
Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı Azərbaycanın tanınmış aktyoru Həsənağa Salayevdir. Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedər, saatlarla məşqə tamaşa edirmiş. Bəzi uşaq rollarında səhnəyə də çıxıb. Dayısı ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həyatının ən şirin xatirəsi kimi zarafatla xatırlayır:

Davamı →

Eldəniz Zeynalov paradoksu

Deyilənə görə, onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Dostu Abdulla Şaiqgildə olanda eşidir ki, qonşuluqda bir uşaq dünyaya gəldi. Sevincək deyir: «Bu uşağın adını mən qoyuram. Aybənizimiz var, Gülbənizimiz var, qoy bu uşaq da olsun Eldəniz».

Beləcə Eldəniz Zeynalov — gələcəyin heç kimə bənzəməyən duzlu-məzəli aktyoru bu keşməşkeşli dünyaya kimin, kimin — dahi Səməd Vurğunun «yazdığı» vizit vəsiqəsi ilə qədəm qoyur.

Yaxşı igid dayısına oxşayar — deyiblər. Eldəniz Zeynalov da 64 illik ömür yolu və yaradıcılığı ilə xalqın bu inamının boş yerdən yaranmadığını bir daha təsdiqlədi. Lakin bir «amma» ilə. Çünki onun dayısı — Azərbaycan teatr sənətinin qüdrətli aktyorlarından olan Həsənağa Salayev romantik aktyor məktəbinin korifeylərindən idi.
Davamı →