Emmanuel Svedenborq

Emanuel SwedenborgEmmanuel Svedenborq (1688-1772) Stokholmda anadan olmuşdur. O, təbiət elmləri üzrə yazdığı külli miqdarda məqalələr sayəsində məşhur idi. Anatomiya, fiziologiya, psixologiya sahəsində yazdığı əsərlərlə öz müasirləri arasında nüfuz qazanmışdır. Ömrünün sonlarında o, mənəvi böhran keçirmiş, axirət dünyasının müqəddəs varlıqları ilə əlaqəyə girməsindən danışmışdır.

Onun son əsəri ölümdən sonrakı həyat barədə canlı təsvirlər verir. Onun şəxsi təcrübəsinin təsvirinin müasir kiliniki ölüm halı keçirmişlərin sübutları ilə üst-üstə düşməsi daha bir qəribə mümunədir. Svedenborq qan dövranı və nəfəs alma dayandıqda özünün hansı hissləri keçirdiyini təsvir edir: “İnsan ölmür o, sadəcə öz fiziki örtüyündən azad olur. Bu örtük ona yalnız fiziki aləmdə lazım idi… İnsan öldükdə yalnız bir haldan başqa bir hala keçir”.

Svedenborq təsdiq edir ki, o, ölümün ilk mərhələlərindən keçmiş və özünü bədəndən xaricdə hiss etmişdir: “Mən tamamiylə hissiyat qabiliyyətimi itirmişdim, yəni demək olar ki, ölü vəziyyətində idim. Amma daxili həyatım, şüurum toxunulmaz qalırdı. Belə ki başıma gələnləri yadımda saxladım. Şüurumun məni tərk etməsini, yəni ruhumun bədəndən çıxmasını isə xüsusilə, yaddaşıma həkk etdim.”


Ardı →