Payız gəldi

  • Musiqi
Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə.
Sənsiz dalğalar da tanımır məni,
Neynəyim, ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Davamı →

Əlvida

  • Musiqi
Görüşdük nə çətin, ayrıldıq,ayrıldıq nə asan,
Hardasan, həyatım, varmısan,varmısan, yoxmusan?
Mən səni izlədim, günah tək gizlədim,gizlədim.
Hər səhər, hər axşam, hər gündüz,hər gecə gözlədim.

Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı,nə qaldı vəfasız dünyada?
Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı,nə qaldı vəfasız dünyada?
Davamı →

Emin Sabitoğlu-kinonun ruhunu duyan bəstəkar

Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Moskva Dövlət Konservatoriyasında Yuri Şaporinin bəstəkarlıq sinfində oxuyub (1956-1961). 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Musiqinin bir çox janrında dəyərli əsərlərin müəllifi kimi tanınan Emin Sabitoğlunun kinoda səslənən mahnıları və musiqiləri bu gün də dillər əzbəridir, müğənnilərin fərdi repertuarında geniş yer tutur. O, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın filmdəki musiqilərin müəllifidir. Emin Sabitoğlunun istər teatr tamaşalarına (“Hicran”, ”Xoşbəxtlər” və s.), istərsə də filmlərə yazdığı musiqiləri bədii əsərlərin təcəssümü olan zamanın ruhunu bizə çox dəqiqliklə hiss etdirə bilir, hadisələrin məğzini açır.
Davamı →