Empedokl

EmpedoklSiciliyada varlı və aristokrat bir ailədə dünyaya göz açmış bu körpə sonralar bütün dünyanı heyrətə gətirəcək qabiliyyəti və istedadı ilə həm xalqına, həm də ölkəsinə böyük bir şöhrət gətirmişdir.

O, Eskulap və İbn Sinadan sonra dünya təbiblərinin üçüncüsü, Siciliya təbabətinin banisi hesab olunur.

Həkimlik fəaliyyətinə şamanlıqla başlamış və təbabəti şamanlığın vəhdətində inkişaf etdirərək böyük uğur və şöhrət sahibi olmuşdur. Empedokl həm də peşəkar sehrbaz idi. İnsanların gözü qarşısında möcüzələr yaradan, özünə daha çox diqqət cəlb etdirməyi xoşlayan, ekstravaqant geyimləri ilə seçilən uzun saçlı, bu insan haqda dolaşan şaiyələr bu gün də səngimək bilmir.

Səyahəti sevərdi. Lakin bu səyahətlərdə " həm ziyarət, həm ticarət" prinsipindən yararlanar, üz tutduğu məkanda öz auditoriyası qarşısında özünü təbliğ edər, sehr və möcüzələr göstərər, təlqin və psixoterapevtik prosedurlardan istifadə edərək hamını özünə ram etdirərdi. Hətta onun barəsində yağışları və küləkləri idarə edə bilən ilahi güc sahibi kimi formalaşmış əfsanə və rəvayətlər mövcud idi.

Əslində Empedokla şöhrət gətirən ən uğurlu və mütərəqqi təlimlərdən biri bataqlıqlara qarşı mübarizə və onların qurudulması ideyası oldu.


Ardı →