Bronte bacıları

Şarlotta Bronte — Emili Bronte — Enn Bronte
«Kabinetimiz» — deyirdi onlar. Orada hər şeyi acgözlüklə öyrənirdilər: ingilis ədəbiyyatının şedevrlərini, bir-birinin xasiyyətini, hətta ətrafdakı bataqlıqların tutqun təbiətini də. Öyrəndikləri hər şeyi söz kərpicləri ilə gələcəkdə onları məşhurlaşdıracaq şeirlərinin, romanlarının divarlarına hörürdülər.

Evləri üç tərəfdən qəbiristanlıqla əhatə olunmuşdu, son dərəcə kədərli və soyuq görünüşü vardı. Qonaqlardan biri həmin ev haqqında «qaranlıq, kədərli bir evdir, sanki yağışdan rəngi qaralan məzar daşlarından hörüblər» — demişdi. Balaca Şarlotta, Emili və Enn evlərini sevirdilər — bu da sizinçün onların normal ingilis şagirdi olmamaqları ilə bağlı bir işarə.

Ataları irlandiyalı kasıb fermer idi, ömrünün sonlarına yaxın ingilis kilsəsinin keşişi olan Patrik Brunti soyadını dəniz döyüşlərində qəhrəmanlığı ilə ad çıxaran və hersoq titulu daşıyan Brontenin soyadı ilə dəyişdi. Patrik elə hesab edirdi ki, belə daha təmtəraqlı səslənir. Əslinə qalsa qoca bir az ağıldan «o söz» idi… 1821-ci ildə arvadının ölümündən sonra isə daha da qəribə oldu. Daima öz kabinetinə çəkilib qalır, orada işləyir və xütbələr oxuyurdu, altı övladı isə başlı-başına böyüyürdü.
Davamı →