Nüvə fizikasının banisi - Enriko Fermi

Enriko Fermi 1901-ci il sentyabrın 29-da İtaliyanın Roma şəhərində anadan olub. Atası Alberto Fermi dəmiryolu idarəsində qulluqçu vəzifəsində çalışıb. Anası İda de Qattis isə ibtidai sinif müəllimi olub. Baxmayaraq ki ailədə valideynlərdən heç biri onu elmlə məşğul olmağa həvəsləndirməyib, Enriko Fermi hələ uşaq yaşlarından riyaziyyat və fizikaya böyük maraq göstərib. Enriko yazmağı və oxumağı çox tez öyrənib. Son dərəcə güclü hafizəyə və riyazi təfəkkürə malik olan Enriko sinifdə asanlıqla birinci şagird olub. 13 yaşı tamam olanda Enriko iki ay ərzində tərsimi həndəsə kursunu tam mənimsəyib. O, müstəqil surətdə dərslikdə olan 200-dən artıq tapşırığı həll edərək bütün teoremləri təklikdə sübut edə bilmişdi. Fizika və riyaziyyatın ayrı-ayrı bölmələrinə həsr olunmuş bir sıra kitabları müstəqil surətdə öyrənməyə cəhd etmişdi. Enriko nəinki qeyri-adi istedadı, eləcə də çox iti, fövqəladə yaddaşı ilə yaşıdlarından seçilirdi. Əlinə aldığı hər hansı kitabı bir dəfə oxumaq onu mükəmməl surətdə öyrənmək üçün kifayət idi. Atasının dostu Adolfo Amideyi Enrikoda fizika və riyaziyyat elmlərinə maraq oyadıb. Amideyi tezliklə onun nəzəri fizika sahəsində qabiliyyətini hiss edib.

Enriko uşaqlıq dostu E.Persio ilə birlikdə müxtəlif fiziki təcrübələr qoyurdu (məsələn, içməli suyun dəqiq sıxlığını müəyyən etməyə çalışırdı). 1918-ci ildə üçillik lisey kursunu iki ilə başa vuran Ferminin qarşısında gələcək təhsilini harada davam etdirmək sualı durmuşdu.
Davamı →