Etel Lilian Voyniç

Etel Lilian Voyniç 1864-cü il may ayının 11-də İrlandiyanın Kork qraflığının Kork şəhərində, çox məşhur ingilis riyaziyyatçı Corc Bulun ailəsində dünyaya göz açıb. Kiçik Liliana demək olar ki, atasını tanımaq belə nəsib olmayıb. Çünki bu tanınmış elm adamı qızcığazın altı aylığında vəfat edib. Atasının erkən yaşlarında həyatdan getməsinə baxmayaraq elmdə əldə etdiyi nailiyyətlərə görə onu böyük elm xadimi kimi Böyük Britaniya ensiklopediyasına daxil ediblər.

Lilianın ana tərəfi də tanınmış elm xadimlərindən olub. Onun anası Meri Everestin atası tanınmış yunan dilçiliyi üzrə alim, professor idi. Qeyd edək ki, dünyanın Himalay dağlarında yerləşən ən hündür zirvəsi məhz Etel Lilianın anasının əmisi — Corc Everestin şərəfinə adlandırılıb. 

Atasız Etelin uşaqlığı çox çətin və kədərli keçib. Ərinin ölümü ilə asanlıqla barışa bilməyən anası psixoloji gərginliklərdən savayı həm də maddi sıxıntılar içərisində beş kiçik qızcığazın tələbatlarını ödəmək məcburiyyətində idi. Meri Bul bacardığı işlərin hamısı ilə məşğul oldu — riyaziyyat fənnindən dərs deməyə, qəzet və jurnallara məqalələr yazmağa başladı. Amma bununla belə o bir sıra hallarda üzərinə düşən bütün işlərin öhdəsindən fiziki cəhətdən belə gələ bilmirdi.
Davamı →

Qırılmış dostluq | Etel Lilian Voyniç

«Qırılmış dostluq» romanında müəllif Voyniç yenidən Cənubi Amerika səyahətindən sərgüzəştlərini təsvir edərək öz sevimli qəhrəmanı Ovoddan bəhs edir.
Əsərdən seçilmiş hissələr
Məsələ yalnız Allahı sevməkdə deyil, həm də insanları sevməkdədir. Yanında sənin kimilərin olması ona müraciət etmən üçün cəsarət verir.
— Mənə başa sal ki, Rene, sənin həyatında nə "şükür sənə, Allahım" sözünə dəyər? Məgər o, sənə belə çox şey verib?
Davamı →