Fernando və mən (Fernando Pessoa haqda xatirələr)

Fernandonu necə tanıdım?
«Diario de Noticias»da (Diariu di notisiaş — Portuqaliyada 1864-cü ildən çap olunan gündəlik qəzet) gördüyüm iş elanına görə müraciət etmişdim.
On doqquz yaşım vardı, həyat dolu qız idim, sərbəst böyüdüyüm üçün istədiyimi edirdim. Valideynlərim, ailəm razı olmasa da, iş axtarmaq qərarına gəlmişdim. Əlbəttə ki, ehtiyacım olduğu üçün yox. Çünki səkkiz uşağın ən balacası və ailənin yeganə subay qızıydım. Məni ərköyün böyütmüşdülər, istədiyim hər şey varım idi.

Davamı →

Ertələmə | Fernando Pessoa

Birigün, bəli ancaq birigün...
Sabah birigünü düşünməyə başlayacağam,
Bəlkə onda edə bildim; amma bu gün yox...
Yox, bu gün yox; bu gün edə bilmərəm.
Obyektiv subyektivliyimin çaşqın inadı,
Gerçək həyatımın yuxusu, araya girməsi,
Ağlasığmaz, sonsuz yorğunluq -
Qatarı çoxdan qaçırmış, dünyanın ən yorğunu — kimi bir ruh...
Ancaq birigün...
Bu gün hazırlaşmaq istəyirəm...
Özümü sabaha hazırlamaq istəyirəm, birigünü düşünmək üçün
Davamı →