Əvəzedilməz Entso Ferrari

Hazırda dünyanın ən məşhur avtomobil brendlərindən biri olan Ferrari şirkəti öz yaradılışını avtomobil yarışçısı Entso Ferrariyə borcludur. Onun avtomobilləri öz gözəlliyi, rahatlığı və sürəti ilə məşhurdur. Entso öz avtomobillərində Rolls-Royce dəbdəbəsini, “Formula-1” sürətini və klassik idman avtomobilləri gözəlliyini birləşdirib. Ferrari indi də öz möhtəşəmliyini qoruyub saxlayır. Bu əvəzedilməzlik isə bütün güc və pulunu avtomobil yarışlarına sərf edən qəribə italyanlı sayəsində yaranmışdır. O öz avtomobillərini “Scuderia Ferrari” idman cəmiyyətini daha da inkişaf etdirmək üçün buraxırdı.

Çox əzmli insan olan Ferrari öz soyadı kimi parlaq həyat yaşayıb. O 14 avqust 1988-ci ildə 90 illik yubileyini qeyd etdikdən 6 ay sonra dünyasını dəyişir.
Davamı →

Ferrari 458 Italia

«Ferrari 458 italia» avtomobili İtalyanın Ferrari idman avtomobili istehsalşısı tərəfindən 15 sentyabr 2009-cu ildə «Frankfurt Motor Show » da ilk dəfə təqdim olunmuşdur. Avtomobil 450 İtalia modelinin təkminləşdirilmiş formasıdır. Avtomobil 8 silindirli, 2 oturacaqlıdır. Avtomobil 4.9 litr həcmli mühərrikə malikdir, 100 kmh cəmi 3.4 saniyyəyə yığır.

Ferrari 458 İtalia

Ardı →

Ferrari

İtalyan avtomobil şirkəti “Ferrari” 1929-cu ildə “Alfa Romeo”nun yarış komandası kimi qurulmasına baxmayaraq, 1946-cı ildə avtomobil istehsalına başlamışdır. Şirkətin mərkəzi İtaliyanın Modena şəhəri yaxınlığında yerləşən Maranello qəsəbəsindədir. “Ferrari”nin tarixi onun qurucusu Enzo Ferrarinin həyat hekayəti ilə üst-üstə düşür.


Enzo Ferrari 1898-ci ildə Modena şəhərində anadan olub. Birinci Dünya müharibəsində ailəsini itirən Ferrari 18 yaşında ikən yarış aləmi ilə tanış olur. Elə karyerası da bu vaxtlardan başlayır. İlk dəfə 1920-ci ildə “Alfa Romeo”nun pilotlarından biri kimi çıxış edir. Sürətə olan marağı, əvvəllər heç kimin çata bilmədiyi sürətlə döngələri dönmək qabiliyyəti və avtomobillərə göstərdiyi hərtərəfli maraqla o avtomobil yarışlarının tarixinə düşür.


Ardı →