Fikrət Qoca şeirləri

Xoşum Gəlir | Fikrət Qoca

Göy güləndə xoşum gəlir,
Həya ilə üfüqdə dan
Söküləndə xoşum gəlir.
Mən göz yaşı sevməyirəm,
Yarpaqlardan şeh damlası
Töküləndə xoşum gəlir.

Yaş o yaş deyil | Fikrət Qoca

Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən
Sən mənim sonuncu məhəbbətimsən.


Davamı →

Fikrət Qoca üçün elegiya

Sevdiyi şairlər və inqilabçılar vardı. Viyon, Mayakovski, Kabral, Xose Risal, Qarsiya Lorka, Çe Gevara. Son dördü haqqında poema və şeirlər yazmışdı. Əski Sovet İttifaqının ən məşhur «qalın» ədəbi jurnallarında, qəzetlərində yüz minlərlə, bəlkə də milyonlarla nüsxə çap olunan bu əsərlər o dövrün, ötən əsrin o sirli və cazibəsi bu gün də əsla şübhə doğurmayan böyük yaradıcılıq enerjisi ilə dolu 60-cı illərində oxunmuş, sevilmiş, müəllifinə dünyanın altıda biri qədər deyil, bəlkə də elə özü qədər şöhrət gətirmişdi. Adı dövrün məşhur rus şairləri, Yevtuşenko, Rojdestvenski ilə bərabər çəkilən Fikrət Qoca «getməyin  müşkül olduğu» dövrlərdə dünyanı xeyli gəzmişdi, bəlkə də taleyin ona verdiyi bu imkanla öz Qoca təxəllüsünü hələ gənc ikən təsdiq eləmişdi: çünki «təkcə çox oxuyan yox, həm də çox gəzən çox bilər» deyiblər.

Davamı →

Fikrətin səsi - Xalq yazıçısı Anar yazır

Elə bil, dünən idi. Opera teatrında hansısa yığıncaqda çox, çox cavan Fikrət Qoca gur səslə, təkrarsız ifa tərziylə, təkrarsız “Vals” şeirini oxuyur.
İlk dəfə Fikrətlə o gün tanış olduq və o, 60 ildən artıq bir müddətdə ən sədaqətli, ən etibarlı dostum oldu.
Fikrət şair kimi də nadir idi, insan kimi də, dost kimi də, şeirləriylə poeziyamıza yeni bir ruh, yeni mövzular, ritmlər, intonasiyalar gətirdi. Ən ciddi mətləblərdən yazdığı şeirinə belə, incə, mülayim bir yumor çaları qatırdı.

Davamı →

Fikrət Qoca müdrikliyinin formulu

Uşaq vaxtı «Qoca»nın təxəllüs olduğunu və «ağsaqqal, müdrik» mənasını daşıdığını düşünürdüm. Biz tərəflərdə «Qoca» bu gün də bu mənada işlənir. «Qoca» türk mifoloji düşüncəsindən gələn mənəvi dəyərdir. «Kitabi-Dədə Qorqud»da oğuz bəylərinin adlarını xatırlayın. Uşun Qoca, Alp Aruz Qoca… Və bu 60 illik yaradıcılıq yoluna baxıb, «Qoca»nın şairin mənəvi statusu olmasına inanıram.

Davamı →

Payız gəldi

  • Musiqi
Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə.
Sənsiz dalğalar da tanımır məni,
Neynəyim, ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Davamı →

Sevgi mahnısı | Fikrət Qoca

Keçdiyin bütün yollar 
Qəlbimdən keçib gedir. 
Gözlərin bu dünyaya 
Sevilməyi öyrədir. 
 
Kipriklərinlə qorun 
Saçlarınla yaşın, yar 
Amandı, yar, baxışlar 
Gözəlliyin daşınar. 
 
Ürəyimi atsam da, 
Öz sevgimi atmaram. 
Sənə olan eşqimi 
Sənə də alçaltmaram 
Davamı →