Məşhur filmlər haqqında 12 fakt

  • Kino
1. ”Yağış adam”ı filmində rol alan aktyor Dastin Hofman filmdə kazino səhnələrində olan fasilələr zamanı qumar oyunlarına qoşulurmuş. Buna görə də filmin prodüseri ona nəzarət etməsi üçün xüsusi adam təyin etmişdi.

2. “Gözəlçə” filmində aktyor Riçard Gir pianoda ifa etdiyi musiqini özü bəstələyib.

3. Yaratdığı obrazı daha da canlı etmək üçün aktyor Arnold Şvartsneqqer “Terminator” filmi müddətində gözünü qırpmayıb. O, filmdə robort obrazını canlandırıb.

4. Aktyor Cim Kerri “Karib dənizinin quldurları” filmində ona təklif olunan Cek Sərçə obrazından imtina edib. Film hələ də rekordlar qırmaqda davam edir.

5. “Ferris Büller tətil götürür” filmində rol alan Çarli Şin narkoman obrazını canlandırmaq üçün iki gecə yatmayıb.
Davamı →

Yorulmuş atları güllələyirlər

  • Kino
ABŞ Böyük depressiya dövründədir. Hər yerdə aclıq və yoxsulluq hökm sürür. İnsanlar pul qazanmaq və bir parça çörək üçün hər şeyi etməyə hazırdır. O cümlədən, günlərlə davam edən rəqs marafonunda iştirak etmək və marafonun sonunda veriləcək 1500 dollar mükafatı almaq üçün ölkənin müxtəlif yerlərindən gəlmiş cütlüklər arasında ölüm-dirim mübarizəsi gedir.

Kaliforniya sahillərində təşkil edilən marafonun qalibi isə yalnız bir cütlük ola bilər. Bütün ümidlər təsadüfən yarışmada tanış olan və birlikdə iştiraka məcbur edilən Robertlə Qloriyayadır. Robertin uşaqlıq xatirələrinə həkk olunmuş babasının yorulmuş atı güllələməsi səhnəsi isə filmin sonunda onun özünün Qloriyanı güllələməsi epizodu ilə üst-üstə düşür. Söhbət 1969-cu ildə çəkilmiş “Yorulmuş atları güllələyirlər” filmindən gedir…
Davamı →

Ququ quşu yuvası üzərindən uçuş

  • Kino
Bəhsini edəcəyimiz film Ken Keseyin eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Film 9 nominasiyada Oskara namizəd olmuş və 5 əsas nominasiyada ( Big Five ) Oskar mükafatını qazanaraq (ən yaxşı rejissor, ən yaxşı ssenari, ən yaxşı film, baş rolda ən yaxşı kişi aktyoru və baş rolda ən yaxşı qadın aktyor) bu əsas nominasiyalarda Oskarı qazanan 3 filmdən (digərləri “İt Happened One Night” və “The Silence of The Lambs” filmləridir) biri olmağı bacarmışdır.

Bu film 1993-cü ildə ABŞ Konqres Kitabxanası tərəfindən “mədəni, tarixi və estetik olaraq önəmli” filmlər siyahısına seçilərək filmin ABŞ Milli Kino Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Həmçinin film 8,7 İMDb xalı ilə Top250-də 15-ci pillədə qərarlaşmışdır. Film ardıcıl 12 il İsveçdə yayımlanaraq göstərilmə rekordunu öz əlində saxlayır.
Davamı →

Riyaziyyat mövzusunda ən yaxşı filmlər

  • Kino
18. Hidden Figures – 2016 – IMDb: 7.9
Film üç afroamerikan qadın elm xadiminin NASA-dakı uğurundan və 1962-ci ildə kosmosa çıxaraq Yer ətrafında fırlanan ilk astronavt Con Qlennin (John Glenn) oradakı missiyasına qatqılarından bəhs edir. Marqot Li Şetterlinin (ing. Margot Lee Shetterly) qələmə aldığı eyniadlı kitabdan ilhamlanan filmin prodüseri Villiams (Pharell Williams) bu sözləri demişdi:

“Bu film əvvəlki nəslin propaqandaya çevrilən, elm, riyaziyyat və mühəndisliyin kişilər üçün olduğu fikrini yerlə bir edir. Qadınsız bir dünyada nə insanlıq, nə də kişilər ola bilər.”
Davamı →

Rusiyanın mənəvi çöküşünü göstərən film | Sevgisizlik

  • Kino
Qarabağ müharibəsi zamanı gənc qadın erməni silahlılarına əsir düşür. Hər gün zorlanmaya məruz qalır. 
Beynəlxalq təşkilatın köməyi ilə əsirlikdən azad olunanda onu qarşılamağa əri gəlir. Taqətsiz qadını əri qucağına alır. O, utandığından üzünü ərinin sinəsində gizlədərək “bağışla” deyə pıçıldayır. Kişi isə onu əzizləyib, nəvazişlə: “Sənin günahın yoxdu”, — deyir.
Bu əhvalatın sonradan necə inkişaf elədiyini, necə bitdiyini bilmirəm. Hər halda nikbin sonlandığına inanmağı çox istəyirəm.

Hərçənd, o vacib anda önəmlisi kişinin qadına sevgisini göstərə bilməsidir. Həmin situasiyada kişinin sevgisi toplumun anladığı dar çevrədən çıxır, bəşəri, böyük mənalar daşıyır: şəfqət, anlayış, mərhəmət, sayğı...

Kişi davranışıyla həm də onun içindəki qadını diriltməyə çalışır. Çünki bir qadının qadın, bir kişinin kişi kimi psixoloji, mənəvi ölməsinə ancaq SEVGİSİZLİK səbəb ola bilər. Və sevgisizlik cəmiyyətin bütün qatlarına, münasibətlər sisteminə təsir göstərəcək.
Davamı →

İmperator olmaq istəmirəm!

  • Kino
Gərək məni bağışlayasanız, amma mən imperator olmaq istəmirəm. Çünki, bu mənim işim deyil. Mən nə yeni torpaqlar işğal etmək istəyirəm, nə də insanları idarə etmək. Hətta əgər mümkün olsaydı mən hər kəsə: yahudilərə, xristianlara, qaralara və ağlara yardım edərdim. Biz insanlar hamımız bir-birimizə yardım etmək istəyirik.Çünki, insan oğlu belə yaradılıb. Biz digərlərnin xoşbəxtliklərindən ilham alıb yaşamaq istəyirik bədbəxtliklərin deyil.

Çünki, biz bir-birimizə nə nifrət etmək, nə də xor baxmaq istəyirik. Yer üzərində hər kəsə çatacaq qədər yer, hər kəsi doyuracaq qədər nemət vardır. Yaşam yolu gözəl və azaddır, lakin biz öz yolumuzu itirmişik: Nəfs insan ruhunu zəhərləmiş, dünyanı nifrət hissi ilə doldurmuş, bizi qazlar kimi yürüş edib safalət və qan tökülməsinə şərait yaratmağa vadar etmişdir.
Davamı →

Bənövşə - bəndə düşə

Bənövşə — bəndə düşə,
Sizdən bizə kim düşə?...

Bu uşaq oyununu uşaqkən hər kəs oynamasa da oyunda deyilən ilk bəndi əminəm ki, hər kəs ən az bir dəfə eşidib və bilir. Uşaqkən bu oyunun mahiyyətinə varmaq ağlımdan da keçməyib. Sadə uşaq oyunu kimi qəbul edib, 2 hissəyə ayrılmış dəstələrin bir-birinin əllərindən tutub səf quraraq üzbəüz dayandığı insan zəncirindən bir uşağın adı çəkildikdən sonra ayrılıb, sürətlə qaçaraq o biri dəstənin zəncir kimi birləşən əllərini qırmağa çalışdığı güc oyunu kimi anlamışam həmişə.
Bəlkə də düşünəcəksiniz ki, elə belədir də. Başqa nə məna axtarırsan ki, adi uşaq oyununda?
Mən də sizin kimi düşünürdüm. Ta ki, dünən təsadüfən «Azərbaycanfilm»in istehsalı olan "Xoşbəxtlik qayğıları«nın finalının bu uşaq oyunuyla sonlandığına baxana qədər. Sən demə, adi bildiyimiz bu uşaq oyunu bizə çox şey anladırmış.

Aranızda bu filmə baxanlar varsa, bilər. Baxmayanlara isə tövsiyə edərdim baxsınlar. Həmişə Hollivud filmlərini reklam edib interpretasiya etməyəcəyik ki. Bizim də baxılası maraqlı, mənalı filmlərimiz var. Elə bu film kimi.


Davamı →

Məşhur rəssamlar haqqında ən yaxşı filmlər

  • Kino
Frida/Frida
Parlaq, onun üsyankar təbiəti, enerjisi barədə gözəl film. Frida Meksikanın o zaman ən məşhur rəssamı Dieqo Rivyeraya ərə gedəndə 20 yaşı var idi. Film Fridanı təkcə dahi rəssam kimi yox, həm də hər şeydən öncə sevgi və ailənin dəyər verən qadın kimi təqdim edir. Filmin musiqisi isə ayrıca diqqətə layiqdir, film "Ən orijinal soundtrek" nominasiyasında «Oskar» mükafatına layiq görülüb.

Davamı →

Tarkovskinin aynası

  • Kino
ЗеркалоTarkovskinin rejissor kimi üzərində işlədiyi sayca yeddinci filmi “Ayna” haqqında yazmağın böyük məsuliyyət tələb etdiyinin fərqində olsam da, bu ehtiyacımı ödəməkdən boyun qaçırmaq mənə olduqca ağırdır. Rejissorun təbirincə desək, haqqında bir nəfərin belə məqalə yazmadığı bir film barədə məni yazmağa vadar edən səbəblər müxtəlifdir. Bunlardan bəzilərini – müharibənin təhtəlşüurda və maddi aləmdəki ağır nəticələri, müharibədə insan, siyasi strukturun yaratdığı məhdudiyyətlər – bəri başdan deməyə bilmərəm.
 
Heç bir Tarkovski filmi bir rəng deyil. Bəlkə də, ümumiyyətlə, sənət və sənət filmlərinin ən mühüm xüsusiyyətlərindən biri onun hər bir insana müxtəlif formada təsir bağışlamasıdır. Ancaq bu sənətin aristokratlığını azaltmır. Əksinə, onu duymaq üçün tamaşaçı mütləq əvvəlcədən müəyyən hazırlıq keçməlidir.
 
Buna baxmayaraq, “Ayna” filminin bənzər təsirini bu və ya digər formada hər kəs öz üzərində hiss edə bilər. Bu mənada “Ayna” hardasa bir rəng və olduqca özünəməxsus filmdir.
Davamı →