Fantom zəng sindromu

Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən Avstraliyalı alimlər bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar. Aydın olmuşdur ki, şəxsi əşyalardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir. Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir. Vacib bir zəng gözləyən insanlar onları qəbul etdikdən sonra belə təəssüratlar izsiz ötüşmür. Fantom zəng sindromu istiqamətində tədqiqat aparan Sidney Universitetinin Psixologiya İnstitutunun tələbələri 300 nəfəri dərindən incələmişlər.


Davamı →

Sosial fobiya nədir?

Müəyyən sosial vəziyyətlərdə insanların əsəbi olması normaldır. Yeni mühitdə insanlarla ünsiyyət qurmaq və ya ictimai təqdimat etmək kimi hallar hamımızda narahatlıq yarada biləcək vəziyyətlərdir. Ancaq bu narahatlığın nə qədər tez-tez və nə dərəcədə şiddətlə hiss olunduğu nəzərə alınması lazım olan bir məsələdir. Digər insanlarla qarşılıqlı əlaqənin zəruri olduğu sosial vəziyyətlərdə baş verən sıx narahatlıq vəziyyəti sosial fobiya olaraq təyin olunur. Sosial anksiyete pozuntusu da adlandırılan bu vəziyyət başqa insanlar tərəfindən mühakimə olunmaq qorxusundan qaynaqlanır.

Sosial fobiyanın növləri varmı?


Davamı →

35 qəribə fobiya

1. Akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. Araxibutirofobiya — qoz (və ya araxis) yağının damağa yapışacağından qorxu
3. Aulofobiya — fleytadan qorxu
4. Bibliofobiya — kitabxanalardan qorxu
5. Verbofobiya — sözlərdən qorxu
6. Qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. Hidrozofobiya — tərləməkdən qorxu
8. Qrafofobiya — əllə yazmaq (və ya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. Deypnofobiya — nahar əsnasında danışmaq qorxusu
10. Dikefobiya — ədalətdən qorxmaq
11. Dorofobiya — hədiyyə almaq və ya verməkdən qorxmaq
12. İtifallofobiya — ereksiya olunmuş üzv haqqında düşüncə və müşahidə (tamaşa) etməkdən qorxmaq

Davamı →

Subay qalmaq qorxusu

Anuptafobiya – bu fobiya evlilik fobiyasına bənzəyir.

Bu fobiya xarici hadisələrlə daxili vəziyyətlərin birləşməsindən yaranır. Subay qalmaq fobiyası sosial fobiyanının bir növü olub, travmalardan və təcrübələrdən qaynaqlanır. Hələ ki, bu fobiyanın səbəbləri tapılmasa da, bildirirlər ki, irsiyyət, həyat təcrübəsi nəticəsində beyində formalaşan düşüncələr bu xüsusi fobiyanın səbəbi ola bilir.

Anuptafobiyanın təbiəti
Bir çox insan tək qalmağa nifrət edir. Onlar subay və «qarımış» olmaqdan qorxurlar. Onlar işdən sonra evə qayıdarkən evdə heç kimləri olmamasından qorxurlar.
Boş otaqlar və boş yataq onlara təsir edir. Bu faktdır ki, həyatlarındakı boşluq onları çox narahat edir. Bu anuptafobiyanın bir üzüdür. Bəziləri səhv insanla evlənməkdən qorxduqları üçün həyatdan izolyasiya olunurlar. Onlar heç kimə etibar etmirlər. Bu zamanla gamfobiyaya (evlilikdən qorxmaq) çevrilir.


Davamı →

Aviofobiya nədir?

Fobiya nədir?

Qorxu olduqca normal və insan psixologiyasına yad olmayan bir hissdir. Bir insan özünü təhlükədə hiss etdiyini düşünürsə yaşadığı hiss qorxudur. Qorxu hissinə biz o halda fobiya deyirik ki, şəxs qorxulan şeyin əslində qorxulu olmadığını bilir, bunun məntiqsiz olduğunu düşünür lakin bütün bunlara baxmayaraq hələ də ifrat dərəcədə qorxmağa davam edir və bu qorxu hissi həmin insanın həyatını məhdudlaşdırmağa başlayır.
Fobiyası olan insan məhz həmin fobiyası olduğu obyektdən qaçır həyatının başqa məqamlarında kifayət qədər cəsurdur. Yəni bir insanın fobiyasının olması onun qorxaq olması mənasına gəlməməlidir.
Uçmaq insan fitrətinə yad bir şey olduğu üçün insan psixologiyası uçuşu təhlükəli məqam olaraq qəbul edir. Əksər hallarda təkrarlanan davamlı uçuşlardan sonra bu hiss əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itib gedir.


Davamı →

Haptophobia - təmas qorxusu

Müasir dövrdə meqapolis sakinləri üçün toxunma qorxusu mədəniyyətin demək olar ki, bir hissəsidir. Etik qaydalar insanlar arasında və xüsusən də yad insanlarla fiziki təmasların minimuma endirilməsini təmin edir. Ancaq toxunmaqdan yaranan qorxu, uşaqlıqdan, uşaq və valideynlər arasındakı münasibətdən qaynaqlanır.

Toxunma qorxusunun bir neçə adı var. Bunlar aftobiya, haptofobiya, hafobiya, tiksofobiya, hapnofobiya. Bütün bu təriflərin arxasında toxunma qorxusu var. 

Qeyd etmək lazımdır ki, digər insanların toxunma qorxusu da haptofobiya, thixofobiya, aphefobiya, hipnofobiya və s. Adlanır. Bu fobiya obsesif-kompulsif bozuklukla baş verir. Onun təzahürü qorxu şəklində tapır, özü də toxunma aparan çirklənməni daşıyır.


Davamı →

Qəribə fobiyalar

Fobiya Yunanca «phobos» sözünden gəlir və Fobos Yunan mifologiyasında qorxu tanrısıdır.
Fobiya insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur. Bu qorxu ürək döyünməsi, baş gicəllənməsi,  üz qızarması, üzdə qaşınma və yanma hissi, soyuq tərləmə, titrəmə, tənginəfəslik,  boğulma, dumanlı görmə, nəfəs darlığı, udqunmada çətinlik, ani təziq düşməsi, huşunu itirmə, şok və.s ilə müşahidə olunan bir haldır. Panik atakda görünən bütün əlamətlərin demək olar ki, hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan fərqi ondadır ki,  fobik nə zaman panikaya düşəcəyini bilir və ordan qaçmağa çalışır. Misal üçün, lift fobiyası olan bir adam liftə minməkdənsə piləkənlə qalxır.

Davamı →

Bizim cəmiyyətdə intihar riski qat-qat azdır

Dünyada koronavirusa yoluxma statistikası durmadan yenilənir. Deyə bilərik ki, yoluxma sürəti artan templə irəliləyir. Bəşəriyyəti cənginə alan Covid — 19 ərəfəsində Dünya Səhiyyə Təşkilatının verdiyi bəyanat birmənalı qarşılanmayıb. Təşkilatın rəhbərinin «heç vaxt normal həyatımıza qayıda bilməyəcəyik» fikri insanlar arasında böyük təşviş yaradıb.

Davamı →

Klaustrofobiya nədir?

Klaustrofobiya qapalı yerlərdə olmaqdan qorxma və ya həyəcanlanma deməkdir. Sanki çıxış tapa bilməyəcək hissi və boğulacaq düşüncəsi çox zaman hakim olur. Əgər kinoya getdiyinizdə sıxılma, darıxma hissi sizi bürüyür və ordan tez çıxmaq istəyirsizsə, və ya liftə minəndə lazımsız qorxu sizi bürüyürsə o zaman sizdə klaustrofobiya var deməkdir.
Davamı →