Kompüter üçün maraqlı şəkillər | Ekran şəkilləri

Kompüteriniz ekran şəklini dəyişmək istəyir və maraqlı şəkillər axtarırsızsa bu paylaşım sizin üçündür.  
Hər kiçik dəyişiklik monotonluğa meydan oxumaqdır. Və bəzən kiçik kimi görünən bu dəyişikliklər böyük fərqlər yaradacaq gücdədir.
Aşağıda bir-birindən maraqlı 25 şəkildən istədiyiniz seçərək ekran şəkli edə bilərsiz.

Davamı →

Kitab çantalar

Dizayner Yelena Miloskaya ən sevilən bədii əsərlərin əsasında çantalar yaradıb. Süni dəridən istifadə edərək düzəltdiyi kitab çantaların uzun asılqanı da var. Rus dizaynerin hazırladığı çantalarda “Gizli bağça”dan tutmuş “Operadakı xəyalət”ə qədər müxtəlif kitablar yer alır.

1. Gizli Bağça – Frensis Eliza Hocson Börnett

Davamı →

Eynşteynin məşhur fotoları

ABŞ. 1933

ABŞ-ın məşhur Prinston Universitetində çəkilib. Qəlyanla poza verib. Səbəb: qəlyanı özünün mütəfəkkir imicinə yaraşan simvol hesab edirdi. Yəni, onu daha müdrik göstərdiyinə inanırdı. Bir neçə qəlyanı olub və indi onlar müxtəlif muzeylərdə saxlanılır.
Davamı →

Fabrisio Korneli - işıq və kölgə oyunu

İstedadlı müasir rəssam, italyan sənətçi Fabrisio Kornelinin işlərindəki əsas xüsusiyyəti işıq və kölgə ekperimenti ilə insanların fenomenal siluetin yaratmaqdır.

Fabrisio Kornelinin işləri sərgilərdə, Brüssel, Roma, Berlin, Paris və digər şəhərlərdə binaların fasadlarında görülə bilər. Gecələr (qaranlıqda) və ya buludlu günlərdə bu əsərlər anlaşılmaz və biçimsiz metal obyektlərdən başqa bir şey deyil. Şəklin yaranması, «doğması» üçün onlara mütləq işıq düşməlidir.

Rəssam yaratdığı əsərdə riyazi dəqidliklə işığın istiqamətini, kölgənin necə düşüb, deformasiya olduğunu hesabladıqdan sonra hazırladığı metal, kağız və plastik konstruksiyaları platforma yerləşdirir.
Davamı →