Dünyanın ən təhlükəli 10 heyvanı

1. Mığmığa — Bu canlıların özləri əslində təhlükəsiz olsalar da, insanlar üçün təhlükəli hesab edilən bir sıra xəstəliklərin daşıyıcılarıdır. İl ərzində 700 milyon insanı qızdırma, malyariya, tularemiya kimi xəstəliklərə yoluxduraraq onların 2 milyonunun ölümünə səbəb olurlar.


Ardı →

Dünyanın ən yaxşı atası

   Amerikalı fotoqraf Deyv Enqldoy öz balaca qızı ilə kinayəli və maraqlı portretlər yaradıb. Balaca qızcığaz bu fotolarda nə çarpayıda, nə «qarşok»da, nə də atasının və anasının qucağında deyil. 

 Deyv qızı Elis Bi dünyaya göz açdığı gündən əsas qəhrəmanların özünün və qızının olduğu «Dünyanın ən yaxşı atası» adlı fotosessiya yaradır. Fotolar özünəməxsus yumor hissinə malik olduğundan super ata obrazı qeyri-standart alınıb. 

 


Ardı →

Dik Smitin məşhur qrim işləri

Bu il 92 yaşında vəfat edən amerikalı Dik Smit bədii qrimin pionerlərindən sayılır. Qrimin xaç atası adlandırılan Smit başqa qrimçilərdən fərqli olaraq,  təkcə pudra, boyalarla kifayətlənmirdi.

O, həm də yeni materiallarla eksperiment edirdi.  2012-ci ildə ona kinonun inkişafındakı xidmətlərinə görə  Oskar mükafatı verilib. O, bu mükafatı alan yeganə qrimçidir.  

Onun metodları bu gün də geniş istifadə edilir.  Smitin məşhur işləri arasında “Amadey”, “Taksist”, “Xaç atası” filmləri var.

«Xaç atası» filmi, Marlon Brando


Ardı →

Günəşin öpdüyü qızlar

Bəziləri çilli qızları olduqca qeyri-adi hesab edir, bəziləri isə bunu çirkinlik əlaməti sayır.

Çilli qızlar da iki qrupa bölünür: təbiətin hədiyyəsi ilə mübarizə aparanlar və çilləri ilə barışanlar. Çillər qadını qətiyyən çirkinləşdirmir, əksinə, onu daha canlı və qeyri-adi göstərir.

Ardı →

Əgər kitablar, sadəcə, kitab deyilsə...

Tuluzada yaşayan dizayner Pyer Betelin 10 illik foto təcrübəsi var. Pyer öz üzərində maraqlı təcrübələr aparmağı, güldürməyi və düşündürməyi sevir.

Buna görə də işlərdən və layihələrdən boş vaxt tapan kimi Betel, fotoşopun köməkliyi ilə biri-birindən fərqli və qeyri-adi avtoportretlər yaradır.

Betelin son işi – dünyaca məşhur kitablarla çəkdiyi portretlərdə dizayner kitab səhifələrini reallığa çevirə bilib. Mimikalar, jestlər, geyimlər – hər şey layihəni daha da qeyri-adi etmək üçün hesablanıb.


Ardı →

13 məhkumun son arzusu

Görəsən, ölümqabağı kimin arzusu nə olar? Adamdan soruşsalar ki, nə yemək hazırladaq sənə kim nə cavab verər? Ağır məsələdir. Və təbii ki, çox adama o sualı da, cavabı da vermək çətin olar.

Amma elə peşə sahibləri var ki, bu sualı verirlər. Hətta aldıqları cavablara əməl eləmək də onların peşə borcudur. ABŞ həbsxanalarında ölümə məhkum olunanlara verilir bu sual. Bu günlərdə amerikalı fotoqraf Henri Harqvis “No seconds” — “Saniyən də yoxdur ” adlı fotoreportaj hazırlayıb bu haqda.

O, 13 ölüm cəzası alan məhbusun son yemək menyusuna nələrin daxil edildiyini fotolarla göstərib. Şəkilaltı məlumatlarda isə məhbusların adları və törətdikləri cinayətlər haqda məlumat yer alıb.
Ardı →