Sehrli uşaqlıq

Mədəni, etnik, dini, irqi fərqlərindən, iqtisadi vəziyyətlərindən asılı olmayaraq uşaqlar həmişə əylənməyin yolunu tapırlar. Onların geniş xəyal dünyaları və sehrli uşaqlıq anları bu 33 fotoda öz əksini tapıb.

Qərb ölkələrində valideynlər uşaqlarının texnologiyadan asılı qaldıqlarını, təbiətdə yetəri qədər vaxt keçirmədiklərindən narahatlıq keçirirlər. Ola bilər ki, texnologiya onların intellektual cəhətdən inkişafına kömək edir, amma palçıqda eşələnməyi, qumdan qalalar düzəltməyi də unutmamalıyıq.

Ardı →

Kano Kristales - dünyanın ən rəngli çayı

Kolumbiyadakı Kano Kristales çayı dünyanın ən rəngli çayı hesab olunur

Hər il minlərlə tursit bu möhşətəmliyi görmək üçün Cənubi Amerikaya səfər edir. Çayda bitən rəngli yosunlar dünyanın heç bir yerində yoxdur. Çaya müxtəlif rənglər verən də həmin yosunlardır. Simsar.az sizə həmin möhtəşəm çaydan fotoları təqdim edir.


Ardı →

Regional ərzaqlardan hazırlanmış 10 ölkə və qitə xəritəsi

Səyahət maraqlarından həvəslənərək Caitlin Levin və Henry Hargreaves ölkələrin qida xəritələrini hazırlamağa qərar veriblər. Dünya miqyasındakı bəzi ölkələrin və qitələrin fiziki xəritələrini yaratmaq üçün həmin ölkələrin məşhur ərzaqlarını istifadə ediblər. Bu xəritədə istifadə olunan məhsulların mənşəyinin həmin ölkə olması diqqətdə saxlanılıb. Məsələn, İtaliya xəritəsi pomidordan istifadə edilərək yaradılıb. Hər birimiz pomidorun yeni dünya məhsullarından olduğunu bilirik, lakin pomidor İtaliyan mətbəxinin ən çox istifadə olunan qida məhsuludur.

1. Ədviyyatlardan hazırlanmış Hindistan xəritəsi

Ardı →

Dəcəl dələlər

Dələlərin hər şeylə maraqlanması və hiperaktivliyi britaniyalı Maks Ellisə yeni bir ideya verdi. O, dələlər üçün xüsusi «pusqu» qurdu. Bu məzəli heyvanlar da özlərinin belə xəbəri olmadan «tələyə» düşərək, fotoqrafın layihəsinə dəstək oldular.

Ardı →

Orijinal şahmat

Yaranma tarixinə və digər şahmatlarla müqayisədə orijinal, unikal, simpataka-şahmat. Onlar öz orijinallıqlarına və sirlərinə görə digərlərindən fərqlənirlər.

Ardı →

Hikaru Ço kələyi

Bir anlıq badımcan dişlədiyiniz vaxt dişlərinizin arasından axan yumurta sarısını və yumurta qabığının xırtıltılarını təsəvvür edin. İstedadlı Yaponiya rəssamı Hikaru Ço müxtəlif qida maddələrini rəngləyərək onların tamamilə başqa məhsullara bənzəməsinə səbəb olan maraqlı bir təcrübə aparmışdır.

Çonun işi şuluq kimi qəbul edilə bilər, lakin olduqca keyfiyyətlidir. Akrilik boya ilə işlənmiş bu nümunələr hirperrealizm cərəyanına məxsusdur və olduqca inandırıcıdır. Bir ərzağı götürüb onu açanda tamam fərqli bir şeyin çıxması olduqca əyləncəlidir.

Çonun bu qədər istedadlı olduğunu nəzərə alsaq, onun cəmi 19 yaşında olduğuna inanmaq bir qədər çətindir. O, 2012-ci ildə Muraşino İncəsənət Universitetinə daxil olmuş və bir sıra yapon markaları üçün müxtəlif işlər görmüşdür. Bu, onun hiperrealizm üslubunda gördüyü ilk işləri deyil. Bu və onun digər əl işlərinə nəzər yetirməyə dəyər.

Davamı →

Şəlalə restoran

Dünya maraqlı məkanlarla doludur. Belə məkanlarda insanlar çox vaxt dincelmək üçün gəlir. Bir çox ölkədə qeyri-adi dizayna malik restoranlar fəaliyyət göstərir. Məkanın sahibləri müştəri cəlb etmək üçün sanki bir-birinin bəhsinə girir. Bu restoranlara insanlar sadəcə yemək yeməyə gəlmir, həm də maraqlı mənzərə seyr etməyə gəlir.

Filippindəki San-Pablo şəhərinin yaxınlığında yerləşən restoranın sahibləri qəribə ideyaları ilə fərqləniblər. Bu iaşə müəssisəsi onunla maraqlıdır ki, öz şəlaləsi vardır. Masalar şəlalənin ətəyində suyun içində qoyulub, müştərilər isə şalvarlarının balaqlarını dizədək qatlayaraq ayaqyalın gəzirlər. Təbii ki bu cür məkanlar dizaynına görə, başqa restoranlardan fərqli olaraq xidmətlərini yüksək qiymətləndirməkdə haqlı olurlar.

Ardı →