Frans Kafka - Qardaş qətli

Sübut olunub ki, qətl aşağıdakı kimi törədilmişdir:

Şmar, yəni qatil, aylı bir gecədə, saat doqquza yaxın Vezenin, yəni qurbanın öz bürosundan çıxıb evinə dönəcəyi küçənin tininə gəlmişdir.

Soyuq adamın canına işləyirmiş. Şmar mavi rəngli nazik bir pencəkdə imiş. Ancaq soyuğu hiss eləmirmiş. Qətli törətdiyi silahı, yəni yarı qəmə, yarı mətbəx bıçağını əlində bərk-bərk tutaraq hazır saxlayıbmış və ayın işığında ona baxırmış.


Davamı →

Yola düşmək | Frans Kafka

Dərhal tövlədən atımı gətirmələrini əmr etdim. Xidmətçi əmrlərimi anlamadı. Buna görə tövləyə mən özüm getdim, yəhəri atın belinə qoydum və bağladım. Uzaqdan təbil səsi eşidilirdi, xidmətçidən bu səsin nə məna verdiyini soruşdum. Xidmətçi heç bir şey bilmirdi. Onsuz da qanmazın biriydi. Bağçanın qapısından çıxanda yolumu kəsdi və:

– Hara gedirsiniz, ağa? – deyə soruşdu.
– Bilmirəm, – dedim – Sadəcə buradan çölə çıxmaq istəyirəm, yalnız buradan çölə. Yetər ki, buradan çölə çıxım, məqsədimə çatmağımın tək yolu budur.

– Yəni, məqsədinizin nə olduğunu bilirsinizmi? – deyə soruşdu.
– Bəli, – deyə cavab verdim. İndicə dedim axı. Buradan çölə çıxmaq istəyirəm. Məqsədim budur.
Davamı →

Körpü | Frans Kafka

Möhkəm və soyuq idim, bir körpü idim, yarğanın üzərində uzanıb qalmışdım. Bir tərəfə ayaqlarımı, digər tərəfə əllərimi pərçimləmişdim; ovulub tökülən gil torpağı bərk-bərk qucaqlamışdım. Paltarımın saçaqları böyrümdən sallanıb yellənirdi. Xeyli aşağıda isə buzlu alabalıq axını şırhaşır axırdı.

Bircə turist belə indiyə kimi yolunu azıb da bu keçilməz sıldırımlığa təşrif buyurmamışdı, bu körpü hələ heç bir xəritədə cızılmamışdı. Beləliklə, uçurumda uzanıb hey gözləyirdim; gözləməkdən savayı çarəm yox idi. Bir körpü uçub dağılmadan körpü olmaq taleyindən canını qurtara bilməz.
Davamı →

Kafkanın Felisaya məktubları

Frans Kafka Felisa ilə 1912-ci ildə Kafkanın dostu Maks Brodun evində tanış olurlar. Qısa vaxtda məktublaşmağa başlayırlar. Beş ilə yaxın vaxta qədər münasibətləri davam edən cütlüyün cəmi 2 görüşü baş tutur. Həm də Kafka nişanlı ikən.

Bu dövrdə Kafka “Çevrilmə” başda olmaqla bir çox əsərlərini də yazmışdır. Kafkanın Felisaya göndərdiyi məktublardan qalan 500 məktub ölümündən sonra yayımlanmışdır. Həmin məktublardan bəzi parçaları təqdim edirik:

“Münasibətlər, yəqin ki, bizim ən yaxşı təcrübələrimizdir” bir dəfəsində intellektual bir qadın demişdi. Rilkenin eşq üçün unudulmaz elanını gurultulu səslə demişdi: “Eşq bütün vəzifələrin bəlkə də ən çətini… Digər bütün məşğuliyyətlər, işlər sadəcə onun üçün bir hazırlıqdır.”

Davamı →

Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə

Sən həll olunacaq misalsan. Ancaq ətrafda heç bir şagird yoxdur.

Ölümün olduğu dünyada heç nə ciddi deyil.

Paltom belə çiynimə ağırlıq edirsə, qosqocaman dünyanı necə daşıyaram?

Ədəbiyyatdan başqa hər şey məndə ikrah doğurur.

Mən ya başlanğıcam, ya da son.

Özümdən başqa heç bir əskiyim yoxdur.

Qəfəslərin biri quş axtarmağa gedib.

İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salır.

Davamı →

Kafka haqqında 10 fakt

1. Kafkanın gecə həyatı – Sığorta işində işləyən Kafka haqqında düşüncəmiz eynən belə idi: onun getdiyi yer ancaq evi ilə işinin arasıdır. Kafka müti bir əsgər kimi atasına tabe olurdu və işdən birbaşa evə gəlirdi. Amma sən saydığını say, gör fələk nə sayır. Kafka üçün həyat gecələr başlayırdı və bu gecələrdə tanış olduğu praqalı qızlar onun yorğunluğunu çıxarırdılar. Hər gün fahişəxanalara baş çəkən Kafkanın tənha, özünə qapanıq görünüşünün üstündən qalın bir xətt çəkir.

2. Yazmadan məşhurlaşan Kafka – Çoxumuz düşünürdük ki, Kafkanın əsərləri öləndən sonra çap olunub. Dostu Maks Brod onun vəsiyyətinə “xəyanət” edərək Kafkanı bizə tanıtdı. Amma bir maraqlı nüans var. Maks Brod elə Kafkanı sağlığında heç bir sətir yazmadan məşhurlaşdırmışdı. Franz Blei adlı birinin romanı haqqında tənqidi yazı yazıb və bir neçə məşhur yazıçının arasında Kafkanın da böyük bir üslubçu olduğunu deyib. Heç bir dəfə çap olunmayan biri üçün bu olduqca gözəl reklamdır.
Davamı →

Rəssam Kafka

Kafka özünü həm də rəssam hesab edib. Bu etirafı iki dəfə nişanlı olduğu Felice Bauerə yazdığı məktublarda edib: “Bir vaxtlar çox yaxşı rəssam idim. Ancaq daha sonra zəif bir müəllimin yanında məktəb səviyyəsində rəsm çəkməyi öyrənməyə başladım və bütün istedadımı itirdim. Üstündən illər keçən bu rəsmlərim o vaxt məni hər şeydən daha çox qane eləmişdi”.


Davamı →

Kafkadan danışırlar : Hesse, Kamü, Martin Buber…

H.Hesse «Məhkəmə» romanı haqqında
"…Burada söhbət, müttəhimin məhkəmədə dindirildiyi hansısa günahdan, yaxud günaha batmaqdan getmir, burada söhbət ümumən həyatda insanın daşıdığı əbədi günah hissindən gedir, bunu yumaq qeyri-mümkündür.

Müttəhimlərin əksəriyyəti bu bitib tükənməyən məhkəmə prosesinə cəlb ediliblər, bəzi bəxti gətirənlər tam bəraət alırlar, yerdə qalanalrıa şərti iş kəsirlər, yəni istənilən məqamda onlara qarşı yeni iddia qaldırıla bilər, yeni həbslər dalğası başlana bilər. Sözün qısası, bu “proses” həyatın özünün içindəki günahlardan biridir, ittiham isə təqsiri olmayanları istisna etməklə, adi insanların bu günah içində itib-batan həyata ani baxşıla baxdıqları zaman ürəklərinin üzülməsinə uyğun bir şeydir, bax, indicə tutub aparacaqlar. Ancaq onlar xilas yolunu bula bilərlər, boyun əyib yaşaya bilərlər, qısası, qaçılmaz olan şeyin qabağında özlərini qurban verə bilərlər “.

Martin Buber
“Qapı” metafizikasına Kafkanın payı məlumdur: həyatını mənalar dünyasına aparan açıq qapılar önündə keçirən insan haqqında pritça; o, bu qapılardan içəri girməyi əbəs yerə istəyir, bu barədə ölənə qədər ona heç nə deyilmir, deyilmir ki,bu qapılar yalnız onun üçün açılıbmış, indisə bağlanır. Beləliklə, qapı hələ açıqdır. Hər kəsin yalnız ona məxsus qapısı var və bu hələ ki bağlanmayıb. Ancaq o bunu bilmir, bilmək yazılmayıb ona. Kafkanın bu iki əsas əsərində (“Məhkəmə” və “Qəsr”) belə bir pritça motivi var; “Məhkəmə” də zaman ölçüsündə, “Qəsr”də məkan. Birinci əsərdə çıxılmazlıq ovqatı insanla qəlbi arasında, ikincidə onunla dünyaya arasında qaldırılıb…”
Davamı →

Ölü kəllə kəpənəyinin vahiməsi

İndi ədəbiyyat kluarlarında söhbəti Kafkadan başlayıb Markesdə bitirmək dəb düşüb. Xüsusən də gənclər arasında populyar olan bu iki sənətkarı kim necə gəldi təhlil eləyib, istədiyi kimi yozur. Kafkanın qorxulu, ziddiyyətli və sarsıdıcı hekayələri, Markesin magik və detektivvari əsərləri heç də yenilik deyilmiş. Halbuki, bir az dərinə gedəndə qarşımıza Edqar Po kimi ciddi və təkrarsız yazıçı çıxa bilər. Elə mən də ondan yazmaq istəyirəm.

Hekayələrində detektivdən tutmuş magik realizmə qədər gedib çıxan Po dünya ədəbiyyatında bir neçə istiqamətin başlanğıc nöqtəsi olmuşdur. Daha çox qotik üsluba meyl edən yazıçının əsərləri, loru dildə desək, məşhur yazıçıların “çörək ağacı”na çevrilib. Əbəs yerə onu detektiv janrın atası saymırlar. O, həm də elmi fantastikanın və mistifikasiyanın banisidir.

Bədbin və qorxulu tona köklənəm qısa hekayələri yazıçıya ölümündən sonra dünya şöhrəti gətirdi. Cəmi qırx il yaşamasına baxmayaraq bu gün o, klassik yazıçılarla bir sırada durur.
Davamı →

Kafkanın tapmacası: Qapı kimin üçün imiş?

Yəhudi əsilli Avstriya yazıçısı Frans Kafkanın məşhur bir rəvayəti var (Onu `Proses` romanına da salıb). 1914-cü ildə yazılmış “Qanun qapısı” («Vor dem Gesetz») adlı hekayə ilə bağlı bu günə qədər çox şərhlər verilib və verilməkdədir.

Ədəbiyyatşünaslar və filosoflar Kafkanın bu hekayəsinin mənası ilə bağlı mübahisə edirlər. Amma orada gizlənən tapmacanı hələ də heç kim aça bilməyib. Bəs siz bacararsınızmı?
Davamı →