Yazıçı uşaq kimi hərəkət edir

  • Esse
Sigmund FreudZiqmund Freyd həyatının böyük bir hissəsini yuxunun psixologiyasını araşdırmağa ayırıb. Froyd tədqiqatlara öz yuxularından başlayıb. Psixoanalizin inkişafına Froydun atasının ölümü çox böyük təsir göstərib. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan ruhunun bütün problemləri uşaqlıqda yaşadığı faciələrlə əlaqəlidir. “Edip kompleksi”nin də kəşfi həmin ilə təsadüf edir. Psixoanaliz təlimini inkişaf etdirən Froyd müxtəlif vaxtlarda tezislərinə düzəlişlər edərək təkmilləşdirir.

1908-ci ildə, fantaziya ilə yaradıcılığın kəsişdiyi nöqtə onun diqqətini cəlb etdi və o «Yazıçılıq və xəyal qurmaq” adlı bir məqalə qələmə aldı. Nəzəriyyələrində bəzi ziddiyyətlər olsa da da, müasir psixologiyada onun mühüm yeri var.
Davamı →

Freyd haqqında 15 fakt

1. Ziqmund Freydin tam adı – Siqizmund Şlomo Freyddir.

2. Valideynləri Ziqmundun təhsil almasına böyük diqqətlə yanaşırdılar. Digər uşaqlar şam işığında dərslərini etdikləri halda, Ziqmunda neftlə işləyən lampa və ayrıca otaq ayırmışdılar.

3. Ziqmund Freyd latın, yunan, fransız, ingilis, italyan, ispan, qədim yəhudi dili və alman dilini bilirdi.

4. Freydin ilk elmi məqaləsi çay ilanbalıqlarının cinsi fərqlərinin müəyyən edilməsinə həsr olunmuşdu.

5. Hazırda ümumi qəbul edilən “uşaq serebral iflici” termini məhz Freydə məxsusdur.
Davamı →

Enşteynin Freydə məktubu

Tarixdə iz qoymuş bu iki insan məktublaşmalarından beş il öncə 1926-cı ildə Berlində tanış olublar. Enşteynin bu yazışmalarla bağlı təəssüratlarını bilmirik, lakin Ziqmund Freyd dostlarına yazdığı məktublarda Enşteyndən tez-tez söz edib. Ondan özündən əmin və sevimli bir insan olaraq bəhs edib. «Mən nə qədər fizikadan anlayıramsa, o da elə o qədər psixologiyadan anlayır, lakin söhbətimiz çox xoş idi» deyir. Enşteynlə olan məktublaşma dövrü isə 1931-1932-ci illəri əhatə edib. Yayımladığımız məktub «Why war?» («Niyə müharibə?») kitabından götürülüb.

Davamı →

Ölülər incimirlər

Biz ölüyük. Bilirsiz nə vaxt ölmüşük? Yox bilmirsiz. Əlbəttə bilmirsiz. Hardan biləsiz?! Düzünü desəm də, deməsəm də heç özüm də bilmirəm. Niyə bilməliyəm ki?! Siz bilmirsiz, mən də bilmirəm. Biz heç nə bilmirik. Yalnız bir şeydən başqa. O da ölü olmağımızdı. Bax bunu mən də bilirəm, siz də. Fəlsəfəni zadı atın qırağa. Bir onu bilirəm ki, heç nə bilmirəm tipli zir-zibilllə beynimi xarab eləməyin. Bilirəm, eləyənlər olacaq. Axı hamınız ən azından filosofsuz. Hə, hər bir azərbaycanlı ən azından filosofdu. Həkim oldu, hüquqşünas oldu, jurnalist oldu fərq eləmir. O həm də filosofdu.

Belə götürəndə filosof olmağa nə var ee. Özünü ətraf aləmdən bir az təcrid edirsən, fərqli falan görünürsən, oldun filosof. Bir az da Niçşe, Freyd və digərləri barədə az-maz, necə deyərlər quyruğunu sudan çıxara biləcək qədər biliyin olsa bəsindi. Bilirsiz biz niyə fəlsəfəylə falan maraqlanır, dəbdə olan romanları və bu kimi zadları oxuyuruq? Yenə bilmirsiz. Ona görə ki, “cool” görünnmək istəyirik. Danışanda Niçşedən bir az as kəs, Nihilizmdən danış, Coelyonun filan əsərindən bir cümlə zad elə, sonra, əşi nə bilime sonra nə olacaq. Başıma gəlmiyib. Amma təsəvvür elə də nə olacaq, ən azı 2-3 qızın diqqətini çəkəcəksən. Nə çoxdu pessimistka hostedkalar! Nə olsun ki, sən saxta filosof olduğun qədər, onlar da pessimistkadılar, əsas odur ki, diqqətlərini çəkəcəksən. Mərc gəlirəm ki, 90% belə qızlar qlamurkalar, civilərdi. İnanmırsan? Cəhənnəmə ki! Amma o boş beynivi işlədib bir az fikirləş. Hər bir qlamurka özünə “cool” layiq bilmir bəyəm? Görürsən ki, haqlıyam. Fikirləşirəm, mən həmişə haqlı idim. Yadıma gəlir, o vaxt atalarınızla bir mübahisəm olmuşdu. Kişilər deyirdilər ki, ayağı yorğana görə uzatmaq lazımdı.Mən də etiraz edib dedim: – Boya uyğun yorğan tapmaq daha məqsədəuyğundu.


Ardı →