Nitsşenin Fövqəlinsanı

İnsan heyvan və fövqəlinsan arasında bərkidilmiş kəndirdir – uçurum üzərində asılmış bir kəndir.
Çox zaman super-insan (superman) və fövqəlinsan (ali insan) kimi tərcümə edilən “Übermensch” termini Nitsşe tərəfindən ixtira edilməmişdir. “Hyperanthropos” anlamına qədim yunan yazıçısı Lukianın əsərlərində rast gəlinə bilər. Alman dilində isə sözügedən ifadə Nitsşedən öncə Müller, Herder, Novalis, Hayne (Heine) və xüsusən Göte tərəfindən Faust əsərində istifadə edilmişdir. Amerikada Ralf Valdo Emerson (Ralph Waldo Emerson) ali ruh (oversoul) barədə yazmış və ehtimal ki, onun zadəgan xarakterli, özünə inamlı “Üst-insan” obrazı (“Beyond-man”) Nitsşenin fövqəlinsan ideyasına ən böyük (Götenin Faustu istisna olmaqla) təsiri göstərmişdir. Nitsşe isə öz növbəsində, yuxarıda göstərilmiş bütün mənbələr ilə olduqca yaxşı tanış idi.
Davamı →

“Tanrı öldü”: Nitsşe nə demək istəyirdi?

Fridrix Nitsşenin “Tanrı Öldü” elanının üstündən 134 il keçsə də, bu cümlə XIX əsrdən bəri filosoflara kütləvi olaraq baş ağrısı verməyə davam edir. Bu bəlkə də bütün fəlsəfə tarixində ən məşhur ifadədir, hətta bunu ifadənin yazıldığı “Şən Elm” kitabını heç vaxt əlinə alıb oxumayanlar da eşidib. Bəs Nitsşenin dəqiq nəyi nəzərdə tutduğunu bilirikmi? Yoxsa daha əhəmiyyətlisi, bu bizim üçün nə ifadə edir?

Nitsşe cavan yaşlarından ateist idi və bu ifadə ilə Tanrının mövcud olduğunu və öldüyünü yox, bizim Tanrı anlayışımızın öldüyünü demək istəyirdi. Maarifçilik dövründən sonra dünyanın müqəddəs varlıq tərəfindən yox, fizika qanunları ilə idarə edilməsinə dair yaranan ideya artıq reallaşmışdı. Fəlsəfə göstərmişdi ki, dövlətlərin öz legitimliklərini əsaslandırmaq üçün Tanrıya müraciət etməyə ehtiyacları yoxdur, bu legitimliyi idarə edilənləri rasionallığı və ya razılığı ilə də əsaslandırmaq olar. Yəni, geniş və uyğun əxlaq fəlsəfəsi Tanrıya istinad etmədən mövcud ola bilər. Avropa daha bütün əxlaqın, dəyərlərin və təbiətdəki nizamın mənbəyi olaraq Tanrıya ehtiyac duymurdu; fəlsəfə və elm bu işin öhdəsindən gələ bilərdi. Düşüncənin bu cür artan sürətlə sekulyarlaşması filosofları sadəcə Tanrının öldüyünü dərk etməyə yox, həm də bizim Tanrını dünyanı daha yaxşı başa düşmək arzusu ilə öldürdüyümüzü deməyə vadar etdi.
Davamı →

Qərb filosoflarının qadına ədalətsizliyi

Artur Şopenhaur:

Qadınlar uşaqlıq illərimizdə bizim dayələrimiz və tərbiyəçilərimiz olmağa birbaşa uyğunlaşırlar – səbəbi sadədir: çünki onlar özləri də uşaqsayağı, axmaq və kəmağıldırlar- bir sözlə, həyatları boyu “böyük uşaq” kimi davranırlar, bir növ uşaqla yetkin insan arasındadırlar. Bir düşünün, bir gənc qız uşaqla günlərlə necə oynayır, rəqs edir, mahnı oxuyur və dünyada ən yüksək məqsədləri olan bir kişi onun yerində olsa, nə edərdi.

 Çarlz Darvin:

 “Uşaqlar…, daimi dost, yaşlı vaxtlarda maraqlı birisi, sevilən və oyun oynanılacaq bir varlıq… Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Evin işləri ilə maraqlanan bir adam. Musiqidən, havadan-sudan boş söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir”.


Ardı →

Fridrix Nitsşedən tərcümələr

1. Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan… Yunanların fəlsəfə ilə baş qatmaqları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.

 

2. «Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu, o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur”.

3. Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir… Bütün yalanlar ehtiyacdan doğur. Yalan oyunu xüsusi qabiliyyət tələb edir. Əslində yalnız həqiqət ehtirası gerçək həzz doğura bilər. Ən böyük ehtiras sənət ehtirasıdır ki, həqiqəti bütünlüklə yalan qiyafəsində təqdim edir. Şəxsiyyət məfhumu, hətta mənəvi azadlıq üçün zəruri olan illuziyalar da belədir, bizim bütün həqiqət ehtiraslarımız da yalan üzərində qərar tutur.


Ardı →