Futbol haqqında 20 maraqlı məlumat

Uzun illərdir, idmanın şahı sayılan futbol dünyanın ən sevilən idman növüdür.Yaşlı-uşaq, qadın fərq etmədən hər kəsin diqqətini və marağını özünə cəzb etməyi bacaran futbol oyunu, tarixi boyunca bir çox maraqlı hadisəyə şahidlik etmişdir. Kayzen.az olaraq, futbol haqqında bir-birindən maraqlı 20 faktı sizlər üçün araşdırıb bir araya topladıq. 


Davamı →

Harri Keynin keçidi məqsədəuyğundur, çünki "Bavariya" elit statusunu bərpa etmək istəyir

  • Futbol

Bir aydan çox müddət davam edən «Bavariya» və «Totenhem» arasındakı danışıqların böyük bir hissəsi əsasən ictimaiyyət önündə aparıldı və nəticədə Harry Kane nəhayət Almaniyada çempion olmuş komandanın oyunçusu oldu. Lakin gəlişi yalnız 24 saatdan çox olmadan «Bavariya», Almaniya Süperkuboku finalında «RB Leypsiq»ə 3-0 hesabı ilə məğlub olunca əvvəlki məşqçinin moralli çox çoxalmağa başladı.


Davamı →

Şimali Amerikanın ən uğurlu futbol ölkəsi

  • Futbol

Şimali Amerika, futbolun Amerika futbolu və beysbol kimi digər populyar idman növlərinin kölgəsində qaldığı bir qitədir. Ancaq burada həm beynəlxalq arenada, həm də klub yarışlarında ciddi uğurlar qazanan futbol ölkələri var. Bu yazıda Şimali Amerikada müxtəlif futbol ölkələrinin nailiyyətlərinə nəzər salacaq və hansının ən uğurlu hesab edildiyini müəyyən etməyə çalışacağıq.


Davamı →

Futbol

Səyyad Əlizadənin repertuarından

Eşidirsənmi yenə,
Marş çalmır, sevgilim.
Yamyaşıl meydanlar,
Bizi çağırır, sevgilim.

Nəq.:

Gəl girək qol-qola,
Biz gedək futbola.
Hamı çıxsın yola?isevgilim.
Sevirəm futbolu,

Vururam mən qolu.
Dostlarım deyir ki,

Qol,qol,qol...
Vur, vur, bir də vur,
Olsun qol!

Hamının arzusudur,
Ucalsın futbolumuz.
Qələbə qazansın qoy,
Futbol ulduzlarımız.

Nəq:

Dünyanı fəth edəcək.
Azərbaycan futbolu.
Qələbə yollarıdır,
Futbolumuzun yolu.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

Davamı →

Bern möcüzəsi

  • Futbol
1954-cü il. İkinci cahan savaşında Almaniyanın dəhşətli məğlubiyyətindən cəmi 9 il ötüb. Ölkə dörd qalib dövlət tərəfindən işğal zonalarına bölünüb. 1949-cu ildə Almaniya rəsmən iki dövlətə – üç Qərb dövlətinin işğal zonalarından ibarət Almaniya Federativ Respublikasına (Qərbi Almaniya) və sovet işğal zonasından ibarət Almaniya Demokratik Respublikasına bölünür.

Davamı →

Siyasətin kölgəsində futbol

FIFA 1978-ci il dünya çempionatının Argentinada keçirilməsinə 1970-ci ildə qərar vermişdi. 1976-cı ildə Silahlı Qüvvələr çevriliş edərək, rəhbərliyi ələ keçirdi. Hərbi çevrilişlər Argentinada adi bir şey sayılır. Hətta Hərbi Akademiyanın önündən keçən insanlar tez-tez bir-birləri ilə zarafatlaşırlar: «Bax, gələcək prezidentimiz buradadı”.

Davamı →

Əfsanəvi futbol hakimi - Tofiq Bəhramov

  • Futbol
Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb. 

Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.

Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan azərbaycanlı hakim, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb.
Davamı →

Andrea Pirlo

Andrea PirloAndrea Pirlo 1979-cu ildə, mayın 19-da Lombardiya əyalətindəki Kokşetau şəhərində anadan olub. Boyu 177 sm, çəkisi 68 kq-dı. 39 yaşlı futbolçu standart vəziyyətlərin mahir ifaçısı, uzaq məsafədən endirdiyi möhtəşəm zərbələr, uzun məsafələrdən verdiyi dəqiq ötürmələri ilə tanınır. Karyerası ərzində demək olar ki, mümkün olan bütün titulları qazanan Pirlo “Maestro”, “Arxitektor”, kimi ləqəbələrə layiq görülüb.

Klub
Pirlo peşəkar futbolçu karyerasına 1994-cü ildə “Breşiya”da başlayıb. “A” seriyasında da elə bu klubun heyətində debüt edib. 16 yaşından etibarən İtaliya çempionatında görünən gələcəyin ulduzu 4 mövsüm ərzində “Breşiya”nın heyətində 47 oyuna çıxıb və 6 qol vurub. Buradakı inamlı çıxışı sayəsində Pirlo qısa zamanda ölkənin nəhəng klublarının diqqətini çəkməyi bacarıb və 1998-ci ildə “İnter”ə transfer olunub.
Davamı →

Falkaonun süqutu

 

Dünya futboluna ulduz futbolçu istehsal edən “Porto” deyəsən bu futbolçuların bəzilərinə pul üçün yox, karyera oynamaları üçün dərs verməyib. Düzdür, Portuqaliya klubundan çıxan oyunçuların demək olar ki, hamısı “Porto”da Avrokubok qazanmaqla məhşurlaşıb. Amma elələri də var ki, böyük əziyyət çəkərək, yüksək ustalıq qabiliyyəti göstərərək, öz formalarının haqlarını veriblər.

Məsələn, kolumbiyalı Radamel Falkao. Braziliyalı Halkla birlikdə hücumda möhtəşəm tandem təşkil edən kolumbiyalı 2011-ci ildə 40 milyon avro qarşılığında İspaniyanın “Atletiko” klubuna keçdi. Klubla Avroliqa və UEFA Superkubokunu qazanan qoleador bir anda Avropanın bütün top-klublarının hədəfinə çevrildi. İngiltərədən “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yuneyted”, Almaniyadan “Bavariya”, İtaliyadan “Yuventus”, Fransadan PSJ, İspaniyadan “Real”, “Barselona” və s. Bu klublar, sözsüz, Avropada at oynadan VIP klublardır. Düşünmək olardı ki, ilk mövsümündəcə 24 qol vuran hücumçu bu klublarından birinə transfer olunacaq və “Atletiko” bu transferdən milyonlarca avronu xəzinəsinə qoyacaq.

Vəziyyət isə yaxşı idi. Falkao 2 il dalbadal Avroliqada qalib olmaqla özünəməxsus rekord müəyyənləşdirmişdi. “Atletiko”nun heyətində qələbədən qələbəyə qaçan qoleador tez bir zamanda bütün klub azarkeşlərinin qəlbində taxt qurmuşdu. 2012-ci ildə ÇL qalibi “Çelsi” ilə Superkubok matçında (4:1) het-trik edən futbolçu dünya futbolunu lərzəyə salmışdı. Həmçinin futbolçu UEFA Superkuboku tarixində het-trik edən ilk futbolçu kimi də tarixə düşdü.

Və… pula satılan o an. 2013-cü ildə Fransanın əslli-köklü klublarından sayılan “Monako” yenidən əsas liqaya vəsiqə qazandı. Klubun sahibi isə milyarder, rusiyalı iş adamı Dmitri Rıbolovlev idi. O iş adamı ki, qızına ad günündə 200 milyon dollarlıq yaxta almışdı.

Kluba milyonluq transfer sərmayəsi yatıran iş adamının ilk bombası məhz haqqında bəhs etdiyim Falkao idi. “Knyazlıq klubu” Falkao üçün ispanlara 60 milyon avro pul ödədi. Klubun rəsmi saytına müsahibə verən rus biznesmen Falkaonun kluba gətirdikləri üçün xoşbəxt olduqlarını və hücumçunun “Monako”da da uğurlu olduğunu qeyd elədi. Həmçinin onu da qeyd edək ki, Falkao 5 illik müqavilədən illik 16 milyon avro qazanacaqdı. Yəni 5 ilə 80 milyon.

İlk mövsümdə çıxdığı 20 oyunda 11 dəfə fərqlənən hücumçu fiaskoya uğradı. Düzdü, Falkao portuqal, ispan futbolundan sonra fransız futboluna öyrəşə bilməzdi. Amma bu ona haqq qazandırmır. Əsl qoleador geyindiyi formanın haqqını verməlidir.

Növbəti sezonda isə Falkao icarə əsasında İngiltərəyə köçdü. “Qırmızı şeytanlar” kolumbiyalını 1 illik icarəyə götürdülər. İngilislər bunun üçün qarşı tərəfə 6 milyon avro ödədilər. Müqavilədə qeyd olunmuşdu ki, ingilislər istəsələr 45 milyona Falkaonun tam satıaalma opsiyonu ilə birdəfəlik heyətinə qata bilərdilər. Amma sən saydığını say, gör Lui Van Qal nə sayır?

Heyətdə Van Persi, Runi kimi ustalar olan klubda Falkaonun işi daha da yüngülləşəcəkdi. Amma karyerasını “Monako”da aldığı və onu DÇ-2014-dən kənar qoyan ciddi zədə ilə öldürən futbolçu İngiltərədə də uğursuz oldu. 15 matç və 4 qol. Müqaviləsi bitər-bitməz Fransaya yollanan futbolçu hal-hazırda “Monako”nun futbolçudur.

Amma hər halda ümidini üzməsin. Bəlkə də onun taleyində “Monako” varmış və bu klubda nəsə edə.


Davamı →