Avrokuboklarda kimlər iştirak edəcəklər?

2010-11 mövsümü yekunlaşmaq üzrədir. Artıq bir çox ölkələrdə qaliblərin adlarına aydınlıq gəlib. Biz bu yazıda qitəmiqyaslı turnirlərdə ölkələri kimlərin təmsil edəcəklərini və yarışa hansı mərhələdən qoşulacaqlarını qeyd edəcəyik.

Ardı →

Futbol Klublarının gerbləri

Real Madrid futbol klubu


Real Madrid


Madrid klubunun başındakı «Real» yazısı Royal yəni krallıqdan gəlməkdədir. Franconun ölkənin başına keçməsiylə «Real» yazısı klubun adına ikinci dəfə əlavə olunmuşdur. Gerbdə iştirak edən tac şəkli də yenə kraliyet ailəsini təmsil edir. Franconun İspaniyada başa keçməsindən sonra İspaniya Kralı Alfonsonun ölkə xaricinə qaçması ardından bu kraliyet logosu Madrid klubunun gerbinə əlavə olunmuşdur. Real Madridi formasında iştirak edən ağ rəngdən ötəri İspaniyada «Ağlar» olaraq adlandırılır.


Ardı →

Futbol rekordları

Fərdi qollar
Fransız Stefan Stanis 13 dekabr 1942-ci ildə Milli çempionatda bir oyun ərzində 16 qol vurub. 
Beynəlxalq matçlarda isə Danimarka yığmasının oyunçusu 1908-ci ildə Olimpiya oyunlarında Fransa yığması ilə görüşdə 10 qol vurub (17:1). Elə bu qədər də qolu 1912-ci ildə Olimpiya oyunlarında Almaniya-Rusiya (16:0) matçında Qotfrid Fuks vurub.
Bir mövsümdə ən çox qol vuranlar1927-1928-ci illər mövsümündə vurulmuş qollar üzrə rekordlar 39 matçda 60 qol vuran Uilyam Ralfa və 38 matçda 66 qol vurmuş Ceyms Smitə məxsusdur.


Ardı →

«Qarabağ» futbol klubunun yaranma tarixi

1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılmasında ciddi işlər görüldü. Yarandığı gündən sonra bir müddət «Məhsul» adı çıxış edən «Qarabağ» ilk dəfə 1966-cı ildə Azərbaycan çempionatında iştirak edib. Həmin il klub çempionatı 4-cü yerdə başa vurub. «Qarabağ» 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən komanda uzun müddət ölkə çempionatlarında təmsil olunmadı. 1977-ci ildə «Qarabağ» yenidən «Şəfəq» adı ilə bərpa edildi. Elə həmin il «Şəfəq» Azərbaycan çempionatının 2-ci dəstəsində yarışdı. «Şəfəq» 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1982-ci ilə qədər isə klub «Kooperator» adı ilə yarışlara qatıldı.
Ardı →

DÇ 2010-un ən gözəl qolları

Futbol üzrə 2010-cu il Dünya Çempionatı başa çatıb və yaddaşımızın arxivlərinə daxil olub. Bu dünya çempionatından yəqin ki yadımızda qalanlar İspaniyanın çempionluğu, vuvuzela səsləri, hakim səhvləri, qapıçıların başının bəlası Jubilani topu və ən əsası isə vurulan gözəl qollar oldu. Futbolun bəzəyinin qol olduğunu nəzərə alaraq, mən də bu postumda Dünya Çempionatında vurulmuş ən gözəl qolları sizə təqdim edəcəm. Əlavə etdiyim videoda qolların sırası göstərilib, amma bu sıra subyektiv xaretker daşıyır və həmin qollar bir-birindən daha gözəldir. Əgər sizin öz favoritiniz varsa, onları da şərhlərə əlavə etsəniz, çox gözəl olar.
Ardı →

Azərbaycan klubları Avrokuboklarda

Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf ki ayağım düşmədi və Şəmkir (səhv etmirəmsə) 1-4 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 2009-cu ilə qədər bir neçə dəfə yığma komandamızın və klublarımızın xarici komandaları ilə oyunlarına getdim. Həmin oyunlarda əksər hallarda məğlub olduq, birində isə bərabərlik qeydə alındı. Onda da həmişə deyirdim ki, bizim futbolçulara mənim ayağım düşmür. Amma sən demə günah mənim ayağımda deyilmiş, çünki oyunçularımız oynaya bilmirlərmiş.


Ardı →