Fyodor Şalyapin | Şöhrət yolu Bakıdan keçən müğənni

XX əsrin əvvəllərində Bakının mədəni həyatında böyük inkişaf başlamışdı. Avropa ölkələri ilə mədəni əlaqələr güclənir, şəhərə incəsənət xadimlərinin qastrollarının ardı-arası kəsilmirdi. O zaman “neft və milyonlar şəhəri”nin musiqili qonaqlarından biri də dünya şöhrətli rus müğənni Fyodor Şalyapin idi.

Fyodor İvanoviç Şalyapin 1873-cü ildə Rusiyanın Kazan şəhərində dünyaya göz açmışdı. Erkən çağlardan musiqiyə maraq göstərmiş, kilsə xorunda oxumuşdu. Bu müddətdə skripkada da ifa etməyi öyrənir və mütaliə ilə ciddi məşğul olur. Teatra sonsuz həvəsi onu müxtəlif truppaların tərkibində çıxış etməyə sövq edir. O, Kazan şəhərində qastrolda olan V.N.Lyubimov-Derqaçın kiçik operetta kollektivi ilə səfərə çıxır… Truppa 1891-ci ildə Bakıya gəlir. Burada fransız operalarından bir neçə partiya ifa edir. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlu ilə tanış olur…
Davamı →

Fyodor Şalyapin

Feodor ChaliapinFyodor Şalyapin 1873-cü ildə sadə kəndli ailəsində Kazan şəhərində dünyaya gəlmişdir. 1889-cu il Şalyapiniin aktyorluq bacarığının başlanğıcı idi. Bu illərdə o, V.B.Sereebryakovun dramatik truppasına daxil olaraq, burada tamaşaya qoyulan P.İ.Çaykovskinin “Yevgeniy Oneqin” operasından Zarestkinin partiyasının ilk çıxışı olur.

1893-cü ildə Moskvaya, sonra isə 1894-cü ildə Sankt-Peterburq şəhərlərində böyük müvəffəqiyyətlə konsertlər verir. Məhz böyük hörmətlə qəbul olunan Şalyapin Sankt-Peterburq İmperator Teatrında bir sıra operaların əsas qəhrəmanlarının ifası ilə seçilirdi. Və bu məqsədlə də o Mariinsk Teatrına işə düzələrək burada opera truppasının tərkibində (“Faust” Ş.Quno, “Ruslan və Lyudmila” M.Qlinka) işləməyə başlayır.

1896-1899-cu illərdən Şalyapin məşhur xeyriyyəçi S.İ.Mamontovun təkidi ilə Moskva opera teatrının truppasına daxil olur. Onun repertuarı geniş idi. Belə ki bura N.A.Rimski-Korsakovun – “Pskovityanka” (İvan Qroznıy), “Sadko” (Varyaj qonağı), “Motsart və Salyeri” (Salyeri), A.S.Darqomıjskinin – “Su pərisi” (Dəyirmançı), M.İ.Qlinkanın — “İvan Susanin” (İvan Susanin), M.P.Musorqskinin – “Boris Qodunov” (Boris Qodunov), “Xovanşina” (Dosifey) operaları daxildir.
Davamı →