Eynəkli uşaqlar niyə çoxalır?

Eynəkli uşaqların sayının çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox görürük.

Bu, tək hər kəsin müşahidəsi ilə yekunlaşmır, statistik rəqəmlərdə də problem əks olunub. 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikaya baxanda, son 10 ildə iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10 000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub.

Fikir versək görərik ki, bir çox hallarda uşaqlar uzağı görmə problemi yaşayırlar. Ancaq yaxını görürlər ki, tibdə bu, miopiya adlanır. Bəs miopiyanın ildən-ilə artmasının səbəbi nədir? Eynəkli uşaqlarımızın sayı niyə çoxalır?
Davamı →

Gözlərimizi necə qoruyaq?

Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır.

Gözlər üçün xeyirli olan daha hansı məhsullar var və onların xeyiri nəyə əsaslanır? Qida ilə əlaqədar olan xeyir prinsipi çox sadədir: tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.

Vitamin A
Vitamin A, tor qişa piqmentinin tərkib hissəsi olduğundan, göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı «gecə korluğu»kimi xəstəliyə səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində bu vitaminin orqanizmə qəbulu mütləqdir. Kökdə olan məhz bu vitaminin çoxluğu onu bu qədər lazımlı edir. Bu tərəvəz beta-karotinin mənbəyidir, o isə orqanizmdə bu vitaminə çevrilir. Həmçinin sarı bibər və avakadoda da bu göstərici heç də az deyil. Bu göstəriciyə görə ərik lider sayılır. O, həm təzə halda, həm də qurudulmuş halda çox zəngin sayılır. 2 yumurta sarısı gündəlik vitamin A dozasını təmin edir.

Vitamin C
İdeal görmə qabiliyyəti olan və ya görmə qabiliyyətində problemi olan insanlarda gün ərzində və ya il ərzində qan dövranı ilə bağlı olan təzyiq problemin, görmə qabiliyyətini dəyişə bilir. O üzdən gözü ayrı bir orqan kimi qəbul etmək lazım deyil. Yüksək təzyiq olduqda tor qişanın qan təmini normada olmur, bu isə o deməkdir ki gözlərin vəziyyəti ilk növbədə qan damarlarından asılıdır. Damarların əsas qoruyucusu isə vitamin C -dir. Məhz bu səbəbdən Vitamin C gözlərin sağlamlığı üçün bu qədər önəmlidir. Gündəlik Vitamin C dozasını 1 portağal təmin edir.

Vitamin E
O, güclü antioksidant olub, göz hüceyrələrinin vaxtından əvvəl qocalmasını, tor qişa və qüzehi qişada distrofik dəyişiklərin əmələ gəlmə təhlükəsini azaldır. Bu vitaminin gündəlik qəbulu göz şişinin əmələ gəlməsinin qarşısınə ala bilir. Göz üçün bu qədər xeyirli olan bu vitamini 50-100 qr findiq və ya qozdan əldə edə bilərsiz.
Ardı →

Gözləri qorumaq və qulluq etmək üçün faydalı məsləhətlər

Gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox A vitamini tələb olunur. Bundan başqa müəyyən edilib ki, B, C və D vitaminlərinin çatışmaması bəzi göz xəstəlikərinə səbəb olur.
Həftədə 3 dəfə az miqdarda bitki yağında bişirilmiş kök yeyin. Kökdəki A və E vitaminləri görmə qabiliyyətini yaxşılaşdırır, gözlərə parlaqlıq gətirir. Kəpək və çovdar çörəkləri içindəki selen elementinə görə gözləri mikroblardan qoruyun.

Gözaltı qaraltıları üçün
Çobanyastığı çayı ya da lavanta çayını soyudun. 2 parça pambığı çaya batırıb əlinizlə sıxın. Göz qapaqlarınıza tətbiq edin.


Ardı →