Ağzımın dadını, canımın qədrini və NƏ İÇDİYİMİ BİLİRƏM...

Gülüstan şirələri (Tac-AquaVita firmasının məhsulu)Aldı klaviaturanı, görək nə yazdı… Sizə kimdən deyim, kimdən yazım, və ya nədən deyim, nədən yazım. Bizim bu Gülüstandan.

Deməli, Bakının yayını bilirsiniz də, içdiyimiz su bədəndən tər olaraq çıxır :). «Baksovet» tərəfdə idim, sessiya imtahanından çıxmışdım, istədiyim balı toplaya bilməmişdim və əlbəttə ki, «qanım qaralmışdı». Gün də bir tərəfdən vururdu təpəmin ortasından :). Coca Cola içən deyiləm, Fanta isə əcnəbi məhsuldur, ona görə də bir kiçik «Gülüstan» aldım. Axı biz milli nəhsul alsaq xeyiri də öz cibimizə qayıdacaq.Nə isə, sözü çox uzatmayım, mən bu «Gülüstan»ı açıb necə boğazıma tökdümsə, elə həmin anda imtahan balım da, isti də yadımdan çıxdı. Bundan belə qənaətə gəldim ki:


1. Cibimə qənatə etdim.


2. Zövq aldım.


3. İmtahan stressini atdım.


4. Sərinlədim.


Bir daşla dörd «quş vurdum» belə məqamda deyirlər ha. Amma düzünü deyim, 5-ci «quşu da vurmaq» istərdim, axı nə olardı ki, «Gülüstan» qapağı ilə hədiyyə qazanardım...


Bu arada, TAC MMC bazara təqdim etdiyi yeni brendi haqqında-Gcola. Düzünü desəm, ümumiyyətlə Cola içkisi (Pepsi filan) mənim antipatiyamı qazanmış içkidir. Ona görə də, Gcola-dan da hələ ki, içməmişəm, bu səbəbdən bu içki haqqında nə müsbət, nə mənfi fikir yaza bilməyəcəyəm.


Yeri gəlmişkən, AQUAVİTA-nın rebrendinqi xoşuma gəldi (Rəng seçimi çox uğurludur, məni dəvət etsəniz mən də sizin üçün uğurlu brendinq menecer ola bilərəm öz aramızdı) ...


Kimyada belə anlayış var: «Su dadsız, rəngsiz, iysiz maddədir». AQUAVİTA isə dadsızdan daha dadlı, rəgsizdən daha rəngli və iysizdən daha ətirlidir.


Sonda deyim ki, həyatda planşetdən daha dəyərli məfhumlar var, AQUAVİTA, Gülüstan kimi...


Məndəki Samsung Galaxy Tab sevgisi məni məcbur etdiki müsabiqəyə digər- bu bloqla və yüksək keyfiyyətli yazı ilə qoşulum. Amma daha böyük sevgim Gülüstan-adır.


Davamı →