Tək olanda nə edirsən,ay qız?

  1. Sevdiyin mahnıları oxuyursan, bunu heç kim söyləməsə də sənə elə gəlir ki,məlahətli,ürəkdən gələn gözəl səsin var.
  2. Telefonundakı SMS-lərə baxırsan, lazımsız mesajları silirsən.
  3. Gələcək uşaqların üçün ad fikirlərşirsən.
  4. Sevdiyin oğlanın anasını yamsılayırsan.
  5. Saçlarında bit axtarırsan.
  6. Öz-özünə danışırsan.
  7. İnternetdə başqalarının yanında girmədiyin saytlara girirsən.

Davamı →

Gənclik və Səadət

Günlərin bir günündə gənc bir oğlan Səadətini axtarmağa çıxır. Az gedir, çox gedir, gəlib bir təpəyə çatır. O, təpədən baxıb aşağıda uca imarətli, küçə və meydanları adamla qaynaşan bir şəhər görür.

Qədim, gur bir şəhər. Cavanın ürəyi çırpınır. O, aşağı enib şəhərə yaxınlaşır. Darvazaçı gənc olduğunu görüb, onu şəhərə buraxır. O, həyəcanla izdihamlı küçələrdən keçir. Ətrafda çağlayan gözəlliyə, cah-cəlala heyranlıqla baxır. Nəhayət, o meydanların birində dayanıb Gəncliyinə belə deyir:

— Bura bax, görürəmki bu şəhərdə Səadəti əldə etmək o qədər də asan deyil. Bunun üçün mübarizə dolu illər lazımdır. Sən Səadətsiz heçnəsən, sənsiz də Səadətin bir faydası yoxdur. Buna görə, gəl belə eləyək. Mən gedim Səadət üçün mübarizəyə başlayım, sən məni burada gözlə. Heç yana getmə ha!
Cavan oğlan bunu deyib izdihama qarışır. 

Neçə illərdən sonra o, Səadəti ilə Gəncliyinin dalınca gəlir. «Aha, odur həmin meydan. Hardasan, Gəncliyim?» — qışqırır.
Amma artıq Gəncliyi yox idi. İllər alıb aparmışdı.

Əlisa Nicat 
Davamı →

Gənclər gününə sözardı...

Bugün 2 fevral, Azərbaycan gənclər günüdür. Gənclərin başqa günü də var ki, bu 10 noyabr tarixinə təsadüf edir və Ümumdünya gənclər günü adlanır. Bu yazının mövzusu isə Azərbaycan gənclər günü, konkret isə Azərbaycan gəncləridir.

Əvvəlcə yazını oxuyan hər bir gəncin bayramını təbrik edir, onlara bütün ictimai-siyasi, iş, karyera, şəxsi həyat kimi sahələrdə uğurlar arzulayıram.

İndi isə keçək əsas məsələyə — Bugün üçün Azərbaycan gəncinin hansı problemləri var, o gənclərin bayramını təbrik etmək olarmı? Hazırda problemləri bir neçə yerə ayırmaq olar. Mən belə böldüm:

  1. Şəxsi problemlər – bu ad altında ailədə olan problemlər, sevgi məsələləri və s. ümumiləşir.
  2. Təhsil, iş və karyerada olan problemlər
  3. İctimai-siyasi fəaliyyətdə qarşılaşılan problemlər – proseslərdə iştirak, hüquq və azadlıqlar və s.

 

İndi isə bu 3  kateqoriyanı ayrı-ayrılıqda şərh edək. Ailədə yaşanan problemlər əsasən valideyn-övlad münasibətləri kontekstində nəzərdən keçirilməlidir. Burda da əsas məsələ valideyn və övlad arasında fikir ayrılıqlarının olmasıdır. Gənclərin dilindən çox vaxt “Valideynlərim məni başa düşmür” tipli ifadələr eşidirik.


Ardı →

Gənclik və ölüm

Həyat müəllifsiz rejissorun çəkdiyi film kimidir. Şekspirin dediyi kimi, həyat bir tamaşadır, insanlar isə onun aktyorları. Filmin ən yaddaqalan hissəsi isə «gənclik» görüntüləridir. Bu görüntülər kitab kimidir. Bu kitabı oxumağa başladıqda bitməyə başlar...

Başqaları üçün yaşamaq...

Həyatın ən parlaq görüntüləri gənclik dövründə yaşanır. Çünki, gənclər keçmişlə yox, gələcəklə yaşayırlar. Gənclik bir az romantik, bir az da xəyalpərəst olur.
Ardı →