Cerard Batler

  • Kino

Söyüşcül, avara və keçmişində əyyaş olan, lakin qızların sevimlisi və istedadlı aktyor Cerard Batler. Bu dəfə ondan danışacağıq, həm də özü barədə özü danışacaq...

Şotlandiyalı aktyor 13 noyabr 1969-cu ildə dünyaya göz açıb. Kaliforniyada isə onun başına əcaib hadisələr gəlib. Məsələn, o, xuliqanlığa görə bir neçə dəfə həbs olunub. Hətta bir dəfə əsl canilərlə bir kamerada əli qandallı “oturub”.

Cerri yalnız 30 yaşında spirtli içki qəbulunu dayandırıb. Bir dəfə isə o, paparasini döyüb. Bununla belə, Cerri layiqli cəzasını almayıb və azadlığa buraxılıb.

Bəs Batlerdə tamaşaçıları nə cəlb edir? Bəlkə, istedadından başqa, həm də elə dikbaşlığı, acı dilliyi, kobudluğu? Axı başqa istedadlı aktyorlar da az deyil.

Bir dəfə yaşlı qadın ona yaxınlaşaraq deyir:
— Bağışlayın, sizə mane olmaq istəməzdim.
— O zaman mane olmayın!
Qadın getməyə hazırlaşarkən Batler onu saxlayır:
— “Qızıl moruq” antimükafatına layiq görülmüşəm. Sevincimdən az qala ağlayacağam. Bu, mənim üçün minus işarəli “Oskar” mükafatına bərabərdir. Bəlkə, özümü asım? Nə deyirsiniz?


Ardı →