“Google”da iş görüşməsi zamanı rast gələ biləcəyiniz 10 sual

“Google” kimi nəhəng şirkətin bir parçası olmaq milyonlarla insanın arzusudur, ancaq burada işləmək üçün 5 ali təhsil, böyük təcrübə kifayət deyil. Qeyri-standard düşüncə tərziniz, məntiqiniz və 6-cı hissiniz güclü olmalıdır.

1. Saatın saat və dəqiqə əqrəbləri 1 gün ərzində neçə dəfə kəsişir?
2. Tennis topunun səthi niyə ipək deyil?

3. Bir ölkədə insanlar ancaq oğlan övladlarının olmasını istəyir. Hər bir ailə oğul övladına sahib olana qədər dünyaya övlad gətirir. Əgər ailədə qız övladı doğularsa, valideynlər yenidən uşaq sahibi olmağa çalışır. Belə bir ölkədə oğlanların və qızların nisbəti nə qədər olacaq?

4.
Gecə saatlarında 4 nəfər evinə getmək üçün asılma körpüdən keçməlidir, ancaq onların cəmi 1 fonarı var. Həmin fonarın enerjisi isə 17 dəqiqə sonra bitəcəkdir.
Davamı →

Andy Rubinin Google şirkətin ilə gizli layihəsi: Robotlar

Google'un ağıllı telefon bazarını ələ keçirən Android əməliyyat sisteminin əvvəlki texnologiya müdürü Andy Rubin, vəzifəsindən ayrıldıqdan sonra səssizliyə bürünmüşdü. Rubin, New York Times'a verdiyi müsahibədə Google ilə səssiz — sədasız davam etdirdikləri yeni layihə haqqında danışıb: Robot istehsal etmək.Android'in əvvəlki müdürü Andy Rubin, Mart ayında vəzifəsindən ayrılacağını açıqladığında texnologiya dünyası çox təəccüblənmişdi. Rubin, vəzifəsini tərk etdikdən sonra səssizliyini qoruyarkən, haqqında «robotlar üzərində çalışdığı» şaiyələri yaranmışdı. O, bu iddiaları doğrulayıb.Google planlarından daha çox öz beynindəki planlardan danışan Rubin, bir çox robot şirkəti alan Google ilə robot texnologiyası üzərində çalışdığını bildirdi.Rubin, Android'i tərk etdikdən sonra Google şirkətinin qurucuları Sergey Brin və Larry Page'i razı sala bildiyini, robot sahəsinə büdcə ayrılması mövzusunda anlaşdıqlarını söylədi. Android'in qurucusu, robot şöbəsinin Google X laboratoriyasından ayrı olacağını ifadə edib. Hətta, robot laboratoriyası bir gün ayrı bir şirkətə çevrilə bilər və Google'un robot firması qurula bilər.
Davamı →