Jorj Sandın vida mərasimində Hüqonun nitqi

Xanım Sandın dəfn mərasimi Nohandda olmuşdur. Cənab Pol Moris onun məzarı üstündə C.V.Hüqonun nitqini oxumuşdur.

10 iyun 1876
Mən ölmüş bir adamın məzarı üstündə ağlayır və həm də heç vaxt ölməyən bir şəxsi alqışlayıram. Mən onu sevdim, onu istədim, ona heyran oldum, bu ölüm səhnəsində də mən ona qibtə edirəm. Mən onu təbrik edirəm, çünki o böyük işlər görmüşdür, həmçinin mən ona minnətdarlıq edirəm, ona görə ki, o yaxşı və xeyirxah işlər görmüşdür. Mən xatırlayıram ki, bir gün ona yazmışdım ki, belə böyük bir qəlbiniz olduğuna görə mən sizə minnətdaram.
“Məgər biz onu itirmişik?”
— Yox.

Bu yüksək şəxsiyyətlər dünyalarını dəyişsələr də, onlar tamam itib-batmırlar, yenidən əmələ gəlirlər, demək olar ki, onlar yenidən reallaşırlar. Onlar bir formada görünməz olsalar da, başqa bir formada görünürlər. Xanım Sand öz üzünə ideya və ya fikirlər, maskası taxmışdır, o ölməmişdir, çünki o ölü olduğu halda belə ideya və fikirlərdə yaşayır, o azaddır, çünki o bütün zamanda vahid, toxunulmaz bir yer tutur. Başqaları böyük və dahi kişilər olduğu halda, o böyük və dahi qadındır.
Davamı →

Viktor Hüqonun Balzakın vida mərasimində çıxışı

Victor HugoCənab De Balzak dahilər arasında ən birinci, seçilənlər arasında ən yaxşısı idi.
Cənablar! İndicə məzara qoyduğumuz bu insan o kəslərdəndir ki, onu son mənzilə bütün xalq yola salır. Bizim dövrdə xəyali böyüklük yoxdur. İndi nəzərlər hökmdarlıq edənlərə yox, düşünənlərə dikilmişdir, mütəfəkkirlərdən kimsə bizi tərk edəndə onun ölümü, itkisi bütün ölkəni həyəcanlandırır, sarsıdır.

Bizim günlərimizdə istedadlı adamın itkisi cəmiyyətin geniş dairələrini kədərləndirir, dahinin itkisi bütün milləti kədərləndirir. Balzakın adı açıq şüa ilə işığın elə zolağına axır ki, onu bizim era özündən sonraya saxlayır.

Cənab De Balzakla Napoleondan sonra XIX əsrin parlaq ideyaları meydana gəldi, sanki sivilizasiyanın inkişafında belə qanun var ki, qılınc gücü ilə hökmranlıq edənləri mənəviyyatın gücü ilə idarə edənlər əvəz edir.
Davamı →