AİDS Nədir? Necə yoluxur?

 Dünyada AİDS-lə bağlı təbliğat işlərinin hər gün daha da artmasına baxmayaraq, ölənlərin sayında da eyni temp müşahidə edilir. Əsasən cinsi əlaqə ilə yoluxduğu üçün AİDS-dən qorxmayıb. Amma tədbiri də əldən verməyin.

AİDS yoluxucudur. Yoluxmasına HIV (Human Immunodeficiency Virus — İnsan İmmunçatışmazlıq Virusu) adlı virus səbəb olur.
Davamı →

HIV/AIDS-ə dair 10 fakt

1. AIDS - bu virus immunçatışmamazlığı virusuna yoluxmağa səbəb olur və orqanizmin qorunma sistemini dağıdır. AİDS ilə xəstələnmiş insanlar zəifləyirlər, çünki onların orqanizmi xəstəlik ilə mübarizə aparmaq qabiliyyətini itirir. Son nəticədə onlar ölürlər. HİV.AİDS-in müalicəsi yoxdur.

2. Ola bilsin ki, 10 il keçsin və yalnız bundan sonra HİV.AİDS özünü göstərsin. Onа görə HİV ilə yoluxmuş şəxs özünü uzun illər çox gümrah və sağlam hiss edə bilər, lakin digərini yoluxdura bilər. Yeni müalicə üsulları belə xəstələrə müəyyən qədər sağlam həyatlarını davam etdirməyə kömək edə bilir. Ancaq virus bu insanın bədənində hər zaman qalacaq və o, başqalarını bu xəstəliyə yoluxduracaq.
Ardı →

HİV infeksiyası

Bəşər tarixinin ən dağıdıcı, ən təhlükəli epidemiyalarından biri ötən əsrin 80-ci illərində meydana çıxmış, qısa müddət ərzində bütün qitələrə yayılmış insanın immunçatışmazlığı virisu infeksiyası, artıq beynəlxalq aləmdə qəbul olunmuş terminologiya ilə söyləsək, HİV infeksiyasıdır. Məlumat üçün bildirmək istəyirəm ki, HİV infeksiyasının daşıyıcısı olan ilk xəstə 1981-ci ildə ABŞ-da qeydə alınmış, 1982-ci ildə bu xəstəliyin ağır formasına "Qazanılmış immunçatışmazlığı sindromu" adı verilmiş, 1983-cü ildə fransız alimi Lyük Montana, 1984-cü ildə isə amerikan alimi Robert Qallo tərəfindən HİV virusu kəşf edilmişdir. Həmin vaxtdan ötən 25 il ərzində dünyada 63 milyon insan HİV infeksiyasına yoluxmuş, onlardan 25 milyonu bu səbəbdən dünyasını dəyişmişdir. HİV-ə yoluxanların və bu infeksiyadan dünyasını dəyişənlərin 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. HİV-ə yoluxan şəxslərin 70%-ni 15-39 yaşlı şəxslər, 43%-ni qadınlar təşkil edir.
Ardı →

QİÇS

QIÇS (Qazanılmış Immun Çatışmazlığı Sindromu; ingiliscə: AIDS– Acquired Immune Deficiency Syndrome) – XX əsrdə zühur etmiş, buna baxmayaraq hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabətin, həmçinin səhiyyənin, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problem-lərindən hesab edilən bir patologiyadır. Immun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QIÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da bir qayda olaraq ölümlə nəticələnir. QIÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə artmaqda davam edir.
Davamı →