Həcc əməlinin hikmətləri və özəllikləri

Allah Təala müsəlmanların qibləsi kimi ən qədim məbəd olan Kəbə evini təyin etmiş və hər il onu ziyarət etmək üçün vacib əməl olan həcc əməlini və müstəhəb əməl olan ümrə əməlini müəyyən etmişdir.
Kəbə evi dünyada olan ilk məbəd olmuşdur ki, müasir zamana qədər də hörmət və müqəddəsliyi insanlar tərəfindən qorunur. Həcc elə beynəlxalq bir fenomendir ki, dünyanın hər yerindən olan müsəlmanları bir yerə toplayır, irq, dil və rəng fərqliliyinə baxmayaraq, hamıya eyni dəyər verir.
Davamı →

Həccin hökmləri

Məsələ 2044: Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir və həcc ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan şəxsə bir dəfə vacib olur:
  1. Hədd-buluğa çatmış olsun.
  2. Aqil və azad olsun.
  3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
  4. Müstəti (Müstəti — həcc ziyarətinə getməyə maddi imkanı olan şəxs) olsun və müstəti olmağın şərtləri bunlardır:

Davamı →

Həcc ziyarəti

Bir dəfə Buxara əmiri həccə getmək qərarına gəlir.O,çox varlı idi,karvan içərisində ondan dövlətlisi yox idi.Yüzdən yuxarı yüklü dəvəsi olan bu əmir bəzəkli kəcavədə oturub səhrada yırğalana-yırğalana yol gedirdi.Ona nə lazım idisə hər şeyi var idi.Onunla birlikdə,dövlətlilərlə bərabər,yoxsullar dəstəsi də həccə gedirdi.Onlar Ərəfata çatdıqda,ayaqyalın,başıaçıq,ac-susuz,ayaqları qabar çalmış bir dərviş əmiri o təmtəraqla gördükdə üzünü ona çevirib deyir:«Qiyamət günü səninlə mənim mükafatım eyni olacaqdır,amma sən gör nə naz-nemət içərisində gedirsən,mən isə əzab və əziyyət içərisində?!»
Buxara əmiri deyir:«Allah eləməsin mənimlə sənin mükafatın eyni olsun,əgər mən bilsəydim,səninlə mənim mükafatımız hər ikisi də eyni olacaq,heç səhraya qədəm basmazdım».
Dərviş soruşur:«Nə üçün?»
Əmir deyir:«Ona görə ki,mən Allah buyruğu ilə gəlmişəm,sən isə onun əmrinə müxalif hərəkət edibsən,məni çağırıblar,mən qonağam,sən isə tüfeyli.Çağırılmış qonaq ilə çağırılmamışın hörməti eyni ola bilərmi? Haqq-taala dövlətliləri çağırmış,yoxsullara isə belə demişdir:»Özünüzü öz əlinizlə təhlükəyə salmayın!". Sən Allahın əmri olmadan,yoxsul,ac-yalavac halda çöl-biyabana çıxaraq özünü təhlükə qucağına atıbsan,allahın buyurduğuna əməl etməmisən,nəyə əsasən sən əmrə baxanlarla bərabərlik edə bilərsən? Kimin imkanı olub həccə gedirsə,o,Allahın da tapşırığını yerinə yetirmiş olur,onun da nəzəri qəbul,duası müstəcəb olur".

Mənbə:Qabusnamə kitabındandır.
Davamı →