Həcc əməlinin hikmətləri və özəllikləri

Allah Təala müsəlmanların qibləsi kimi ən qədim məbəd olan Kəbə evini təyin etmiş və hər il onu ziyarət etmək üçün vacib əməl olan həcc əməlini və müstəhəb əməl olan ümrə əməlini müəyyən etmişdir.
Kəbə evi dünyada olan ilk məbəd olmuşdur ki, müasir zamana qədər də hörmət və müqəddəsliyi insanlar tərəfindən qorunur. Həcc elə beynəlxalq bir fenomendir ki, dünyanın hər yerindən olan müsəlmanları bir yerə toplayır, irq, dil və rəng fərqliliyinə baxmayaraq, hamıya eyni dəyər verir.
Davamı →

Həccin hökmləri

Məsələ 2044: Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir və həcc ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan şəxsə bir dəfə vacib olur:
  1. Hədd-buluğa çatmış olsun.
  2. Aqil və azad olsun.
  3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
  4. Müstəti (Müstəti — həcc ziyarətinə getməyə maddi imkanı olan şəxs) olsun və müstəti olmağın şərtləri bunlardır:

Davamı →

HӘCCİN FӘLSӘFӘ VӘ SİRLӘRİ

İslаm tаriхinin böyük insаnı hәzrәt Әli (ә) hәccin fәlsәfәsini bеlә bәyаn еdir: «Аllаh öz möhtәrәm еvinin hәccini sizә vаcib еtdi. Аllаh аşiqlәri insаnlаr üçün qiblә sеçilmiş bu еvә cаn аtаr, göyәrçin tәk оnа sığınаrlаr. Аllаh-tәаlа Kә'bәni öz әzәmәti qаrşısındа bәndәlәrin tәvаzö mәkаnı, ilаhi qüdrәtin е'tirаf nişаnәsi qәrаr vеrdi. İnsаnlаr аrаsındа еşidәn bәndәlәr sеçdi ki, Оnun dә'vәtini qәbul еdib, sözünü tәsdiqlәsinlәr vә ilаhi pеyğәmbәrlәrin mәkаnınа qәdәm qоysunlаr. Оnlаr ilаhi әrş әtrаfındа mәlәklәr tәk tәvаf еdәrlәr. Оnlаr bu ibаdәtgаhdа vә ziyаrәtçilәrin müаmilә mәhәllindә böyük fаydаlаr әldә еdәr, ilаhi bаğışlаnmа yеrinә tәlәsәrlәr. Аllаh-tәаlа Kә'bәni İslаm üçün аydın nişаnә, pәnаh ахtаrаnlаr üçün әmin-аmаn еv qәrаr vеrdi. Оnun hаqqının әdаsını vаcib еtdi, Аllаh еvinin hәccini vаcib buyurdu vә siz insаnlаr üçün müәyyәnlәşdirdi ki, оnun ziyаrәtinә gеdәsiniz. Аllаh-tәаlа buyurdu: „Аllаh еvinә gеtmәyә gücü çаtаn kәsә hәcc vаcibdir. Kim inkаr еtsә, (bilsin ki) Аllаh аlәmlәrdәn еhtiyаcsızdır.“
Davamı →

Həcc-Müqəddəs Torpaqlar


İslamın bütün ibadətləri kimi həcc də dərin hikmət və fəzilətləri əhatə etdirir. Bu ibadəti edəcək şəxslər üçün əsl lazım olan bunları bilməkdir. Çünki həccin zahiri hökm və üsullarını fiqh kitablarından öyrənmək mümkündür. Ancaq onun məna və hikmətlərini dərk etmək hər hacıya müyəssər olmur.


Ardı →

Həcc

Həcc ibadətini diriltməyə həccin klassik tərifindən başlamaq lazımdır. Həcc üçün deyilən klassik təriflərdə «gedə bilmə imkanı» vurğulanaraq, bunda məqsədin maddi imkan olduğu açıqlanır. Halbuki həccin tərifi verilərkən, Ali İmran surəsinin 97-ci ayəsinə istinad edərək əvvəlcə bu fərzin ümumiliyi vurğulanmalıdır. Ayədə keçən «ona bir yol tapa bilən» ya da «ona yol tapmağa gücü çatan» cümləsindəki səbil [«yol»] da, yalnız maddi imkana reduksiya edilməməlidir. 
Elə kasıblar vardır ki, pulu olmadığı halda həccə getmə imkanları yaranır və arzu etdikləri üçün bu ibadəti asanlıqla icra edə biləcəkləri fürsətlər meydana çıxır. Bu günə qədər olunan klassik həcc tərifləri, belə fürsətləri inkar edən və iqtisadi baxımdan zəngin hesab olunan insanlara xitab edən iqtisadi təriflərdir. Maddiyyatı ön plana çıxaran bu tərifə rəğmən Müsəlman ölkələrdən bir çox insanlar hər fürsəti qiymətləndirərək bu fərzi icra etmək üçün qanuni hər yola baş vurmaqda və israr etməkdədirlər.
Ardı →

Həcc mövsümü bir məktəbdir I Üçüncü hissə

Tövhid kəliməsini açıqdan demək, əqidənin dəlillərindəndir

Həccə gedən müsəlman bu səfərdən və ibadətdən ən üstün dərs ala bilərsə, o da Allaha ixlasdır. Müsəlman bu səfərdə öyrənir ki, bütün ibadətlərə ixlasla Allah üçün olmalıdir, Ona şərik qoşulmamalıdır. Həcc edən şəxs həccə başlayarkən ilk işlətdiyi kəlimələr də bunu göstərir hansı ki: «Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən-ni'mətə ləkə vəl mulku lə şərikə lək» (Əmrinə tabeyəm Allahım əmrinə tabeyəm, əmrinə tabeyəm Sənin şərikin yoxdur əmrinə tabeyəm, həmd, ne'mət və mülk hamısı Sənindir, Sənin şərikin yoxdur)

Müsəlman bu sözləri ucadan deyir və eyni zamanda bu sözlərin mə'nasını dərk edir, Allahın varlığını və təkliyini təsdiq edir, şəhadət gətirir. Necəki ne'mət Allahın əlindədir və hər şeyi verən yalnız Allahu Təaladır, eləcə də yalnız ibadətə layiq olan varlıq və şəriki olmayan hər şeyin sahibi Allahdır. Bütün ibadətlər yalnız Ona olmalıdır, Ondan başqasına tapınmaq olmaz. 

Ardı →

Həcc mövsümü bir məktəbdir I İkinci hissə

Həccin faydası, mənfəəti, fəziləti haqqında bir çox dərslər və məqalələr var. Həccin fəziləti və ibadətlər arasında yeri xüsusidir və Allaha yaxınlaşmaq üçün ən uca ibadətlərdəndir. Həcc İslamın əsas şərtlərindəndir. Bununla bərabər Həccin çox əhəmiyyətli faydaları da vardır ki, bunları çoxlarımız bilmirik və insan bunlara çox vaxtı diqqət etmir. Allahu Təala buyurur ki: ((İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə'lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin! Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə'bəni) təvaf etsinlər!)) (Əl-Həcc surəsi 27-29).  

Ardı →

Həcc mövsümü bir məktəbdir I Birinci hissə

Bismilləhir-Rəhmanir-Rəhim

Əziz və hörmətli müsəlmanlar! Həcc mövsümü yaxınlaşır və bə'zilərimiz bu ilki həcc mövsümündə İslamın 5 şərtindən birini yetirməyə çalışır. Bə'zilərimiz artıq həcc etmişik, bə'zilərimiz də hələ hazırlaşırıq gələcəkdə getməyə. Bu fərzi yerinə yetirməyə həqiqətən də böyük hazırlıq lazımdır. Həcc ömürdə bircə dəfə olur. Bu mübarək ibadəti düzgün yerinə yetirə bilməsək çox şeylər itirə bilərik.

Həcc mövsümü bir iman məktəbidir, bu məktəbə ömürdə bircə dəfə gedilir və mütləq bir şey öyrənilməlidir. Bu məktəbdən bir şey öyrənməmiş və ya fayda götürməmiş dönmək böyük ziyandır. 


Ardı →