Ruslan Mollayev " Mauzer "
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Mənim həyatım konkret olaraq tərəfimdən müəyyən olunmuş prinsiplər üzərində qurulub. Bu prinsiplər əvəzedilməz, dəyişilməz və ləğvedilməzdir. Əks halda bu mənim sonumdur. “SON” olmamaq üçün düşünürəm.
Varsansa, gülümsə. Sadəcə şəkil çəkdirərkən deyil, şəkil çəkərkən də gülümsə. Gülümsə, müləq gülümsə! Sabah bundan da pis ola bilər. Amma sən hər zaman gülümsə. Uğurun gülüşündən asılıdır. Sən gülürsən və uğurun nə vaxt qazandığını hiss belə eləmirsən. Yəni, uğurun öz əlindədir.
Nə? Şans? Yox, qətiyyən inanma! O sənin də qapını döymüşdü, evdə yox idin, bəs harada idin?! Mən bilirəm, öz şansın və uğurunun arxasınca getmişdin.
İki uşaq evlərinin arxasında böyük bir quyu qazmağı qərara aldılar. Qazmağa başlayan kimi, başqa iki uşaq onlara tamaşa etməyə gəldilər. Bir qədər tamaşa etmişdilər ki:
— Nə etmək istəyirsiniz? — deyə «qonaqlardan» biri maraqla soruşdu.
— Dünyanın mərkəzindən keçən bir quyu qazmaq istəyirik, — deyə uşaqlardan biri həyəcanla cavab verdi.
Bunu eşidən «qonaqlar» qəhqəhə ilə gülməyə başladılar və belə bir şeyin qeyri-mümkün olduğunu dedilər.
Uzun bir səssizlikdən sonra uşaqlardan biri quyudan içi hörümçək, soxulcan və başqa həşəratlarla dolu şüşə bir qab gətirdi və bu şüşə qabı bayaqdan onlara istehza ilə baxan «qonaqlara» göstərdi. Sonra da özündən arxayın bir şəkildə:
— Düzdür, axıra qədər qaza bilmədik. Ancaq görün, yolda nələr taqdıq, — dedi.
34 yaşlı Florens Çedvik La-Manş boğazını keçən ilk qadın üzgüçü idi. Ancaq onun başqa xəyalı da var idi: Katalina adasından Kaliforniya sahilinə qədər olan 21 millik məsafəni üzən ilk qadın üzgüçü olmaq. Ancaq bu heç də o qədər asan bir iş deyildi. İlin ən isti günlərindən biri(1952-ci ilin 4 iyulu) olsa belə, Çedvikin üzəcəyi dənizin suyu insanın bədənini donduracaq qədər soyuq idi. Üstəlik, hava o qədər dumanlı idi ki, Çedvik onu müşayiət edən qayıqları çox çətinliklə seçə bilirdi. Bu yoldakı başqa bir təhlükə isə La-Manş boğazının məşhur köpək balıqları idi. Ancaq Çedvik soyuğa, dumana və köpək balıqalarına baxmayaraq, 15 mil üzdü. Onu müşayiət edən qayıqlardan birində Çedvikin anası və məşqcisi oturmuşdu. Hər ikisi durmadan nə isə deyir və onu ruhlandırmağa çalışırdı.
Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!..
P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.
Mənbə: «Ailəm» jurnalı
Məqsədi və ona çatmaq üçün zəhməti olmadan
heç bir insan yaşaya bilməz.
Fyodor Dostoyevski
Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün «Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim», — deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.