Həsən Seyidbəyli - Cəbhədən cəbhəyə

Seyidbəylinin yaradıcılığı müasirlik hissinin qabarıqlığı və ideya-mündəricəsinin əhatəliliyi ilə diqqəti cəlb edir. Yazıçı yaradıcılığına müasirlik kimi yüksək estetik prinsipləri baxımından yanaşdığı üçün oxucusunu yormur. Yaratdığı obrazların daxili aləminə nüfuz etməsi əsərlərinin ideya-sənətkarlıq xüsusiyyətlərini və həll etmək istədiyi problem dairəsini düzgün müəyyənləşdirir. Nəsrimizin vaxtilə böyük epik formalara doğru axını zəruri idi və təsadüfı deyil ki, qardaş xalqlar ədəbiyyatında olduğu kimi, bizdə də keçmiş Sovet nəsri ilk təşəkkülündən epik vüsətlə meydana çıxdı.

Davamı →