Samsung GALAXY S4 | Həyat dostu

Mayın 7-də “Samsung GALAXY S4” smartfon mobil telefonlarının Azərbaycanda rəsmi təqdimat və “Samsung Elektronics” mağazasının rəsmi açılış mərasimi keçirilib. Tədbir 3 hissədən ibarət olub. Rəsmi hissə Koreya Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Çoi Suk In-ın çıxışı ilə başlayıb. O çıxışında bildirib: “İlk növbədə “Samsung Elektronics” şirkəti və onun tərəfdaşı olan “İntegral” şirkətinin nümayəndəsini “Samsung Elektronics” Bakı şəhərində ilk brend mağazasının açılışı münasibəti ilə təbrik edirəm. Koreya və Azərbaycanın qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirilməlidir”.

Tədbirin ikinci hissəsində “Samsung” şirkətinin Qafqaz üzrə baş direktoru  Sanq Pil Çan tədbirə gələnlərə təşəkkür etdikdən sonra “Samsung GALAXY S4” haqqında geniş məlumat verib: “Samsung GALAXY S4” smartfonlar sizə daha sadə, daha dolğun həyat yaşadacaq. “Samsung” daim innovasiya yaradan şirkətdir. Bu yeni smartfonlarla siz səsli şəkillər çəkə biləcəksiniz. Dünyanın müxtəlif ölkələrindəki dostlarınızla dil baryeri olmadan ünsiyyət saxlamağı təsəvvür edin. İnternet olmadan bir-birinə qoşularaq eyni musiqini oxutmaq necə? Bu bizim təsəvvür etdiyimiz dünyadır. Biz hamımız həyatda bir səfərə çıxmışıq. Bu səfərdə “Samsung S4” bizə həyat dostu olacaq”.


Ardı →