Aya baxanda salavat çevirilməsin səbəbi

Şəqqül-qəmər (ərəb dilindən tərcüməsi “Ayın bölünməsi”) Həzrət Mühəmməd Peyğəmbərin (s) göstərmiş olduğu bir möcüzənin adıdır.

“Əl-Mizan” təfsirində yazılıb ki, hadisə hicrətdən 5 il əvvəl zilhiccə ayının 14-də Məkkədə baş vermişdir (hadisənin baş verdiyi tarix barədə başqa məlumatlar da mövcuddur).

Rəvayətə görə, bir gün müşriklər Həzrət Mühəmməddən (s) tələb etdilər ki, sözlərinin doğruluğunu sübuta yetirmək üçün onlara möcüzə göstərsin. Peyğəmbər hansı möcüzəni görmək istədiklərini soruşanda dedilər ki, bizim üçün səmadakı Ayı iki yerə böl. Allahın Rəsulu dua etdikdən sonra barmağı ilə Aya işarə etdi. Allahın əmri ilə Ay iki yerə parçalandı, yarısı şərqə, yarısı da qərbə çəkildi. Bir az sonra bunlar yaxınlaşıb bitişdilər, Ay yenə əvvəlki kimi bütöv oldu.

Müsəlmanlar bu möcüzənin xatirəsi ilə Aya baxanda Peyğəmbərin ruhuna salavat deyirlər. Həmçinin, dini mənbələrdə Peyğəmbərin çöhrəsi gözəllik əlaməti olaraq 14 gecəlik Aya (bədr) bənzədilir. Müsəlmanlar Aya baxanda o həzrətin çöhrəsini görürmüş kimi salavat söyləyirlər.


Ardı →

Məhəmməd peyğəmbər haqqında

Məhəmməd Peyğəmbər hər hərəkətini yüz dəfə ölçüb-biçərdi, adamların qəlbinə dəyməkdən həmişə ehtiyat edərdi, həddindən artıq təvazökar və sadə idi. Sarayda yaşamağı sevmirdi. Ətrafında nökər-naibi yox idi. Sadəliyi hər şeydən üstün tutan Məhəmməd Peyğəmbər heç vaxt hökmdarlıq iddiasında olmamışdı, münasibətdə ağa-nökər ayrıseçkiliyinə yol vermirdi. Hətta Ərəbistanın hökmdarı olanda ağzından çıxan hər söz, hər kəlimə müqəddəs kimi qəbul ediləndə belə Hz.Məhəmməd öz sadəliyindən, təvazökarlığından dönmədi və bununla da sübut etdi ki, o, başqa cür ola bilmir.
Məkkə şəhərində onun iki şəxsi evi vardı. Şəhər sakinləri təqiblərinə məruz qalıb, Yəsribə qaçdığı vaxt həmin evlərin hər ikisi də müsadirə olunmuşdu.
Davamı →

Məhəmməd peyğəmbərin həyatı

Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»


Davamı →