Həzrət Xədicənin İlahi məqamı

Dünya qadınlarının içində dörd qadın daha üstün və daha qəhrəman xanımlar olmuşdular. Onlardan biri də Peyğəmbərimizin (s) vəfalı həyat yoldaşı Xədicə (s.ə) xanımdır.
Həzrət Xədicə (s.ə) İslam dinini qəbul edən ilk xanım olmuşdur. O, İslam dinini bütün qəlbi ilə qəbul edir və imanı yolunda bütün var-dövlətini qoyur. Rahatlığından əl çəkir və son nəfəsinə qədər də İslam dini yolunda fədakarlıq edir. O, Peyğəmbərin (s) həmdəmi və sirdaşı idi.
Həzrət Peyğəmbər (s) vəfalı həyat yoldaşı haqqında belə buyurmuşdur: “İslam ayaq tutmazdı, məgər Əlinin (ə) qılıncı və Xədicənin (s.ə) sərvəti olmasaydı”.
Davamı →