Həzrəti Fatmeyi Zəhra haqqında maraqlı hekayə

      Həzrəti Fatimeyi Zəhra bir gün atası peyğəmbərimiz Məhəmməd (s.a.s)in yanina gəlib dedi:

      -Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək?

      Peyğəmbərimiz:

      — Filan məhəllədə bir qadin var. O qadın cənnətə ilk girəcək qadındır, buyurdular.

      Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək, ata? — deyə soruşdu.

      Həzrəti Peyğəmbərimiz:

      — Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarını da öyrənərsən. 


Ardı →

Xanım Fatimə (s.ə) buyurub...

Xanım Fatimə (s.ə): “Atam Peyğəmbər (s) mənə dedi: “Ey atasının dostu, hər bir məstedici haramdır. Və hər məstedici şərabdır””.

Xanım Fatimə qadınlar üçün ən gözəl şeyin nə olduğu barəsində buyurub: “(Qadınlar üçün ən yaxşısı) kişiləri görməmələri və kişilərin də onları görməmələridir”.

Xanım Fatimə (s.ə): “Öz xalis ibadətini Allaha tərəf göndərən insana Allah da ən yaxşı fayda və mənfəətini göndərər”.
Davamı →

Xanım Fatimeyi Zəhra (s.ə) niyə gecə dəfn olunub?

Gecə dəfn olmaq, xəlifənin xəbəri, hüzuru olmadan qılınan namaz, gizli qəbir Peyğəmbər (s)-in vəfatından sonrakı hadisələrin üstündən qələm çəkib iz itirməyə cəhd göstərənlər üçün xanımın qoyub getdiyi ən gözəl sübütdur.

Doğrudur xanım özü belə istəmişdi və belə vəsiyyət etmişdi. Amma nə baş vermişdir ki, xanım belə bir vəsiyyət etmək məcburiyyətində qalbı?!!! Xanımın belə vəsiyət etməsi onun düşmənlərinə qarşı qəzəbinin, narahatlığının təzahürü deyilmi?
Davamı →